Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Ulu öndərin xatirəsi anıldı

 

Müstəqil  Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi,  ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar  olaraq Bakıdakı 310 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirildi. Dövlət himninin səslənməsindən sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Mərasimi giriş sözü ilə məktəbin direktoru  Rəsmiyə Quliyeva  açaraq ümummilli lider Heydər Əliyevi xalqımızın taleyində, iqtisadi, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərən dahi şəxsiyyət kimi səciyyələndirdi. Qeyd etdi ki,  Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun ideyaları, əməli fəaliyyəti təkcə bu günlə məhdudlaşmamış, həm də uzaq gələcəyə ünvanlanmışdır. Aparıcılar dahi şəxsiyyətin həyatı haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.  Məktəbin şagirdlərindən Rəsul, Zəkiyə, Aytac, Ülvi  və başqaları ulu öndərə həsr olunan şeir söylədilər və mahnı ifa etdilər. 

Tədbirdə çıxış edən qonaqlar müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin dövlətçilik ideyalarının yeni nəsillər üçün örnək olduğundan bəhs etdilər.

Sonda  ulu öndərə həsr olunmuş "Heydər Əliyevin ömür yolu" adlı film nümayiş olundu.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov