Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

BSU-nun Məktəb-Lisey Kompleksində ənənəvi şagird-tələbə elmi konfransı keçirildi

 

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında" mövzusunda ənənəvi şagird-tələbə elmi konfransı keçirildi.

Konfransa Bakı məktəbliləri və tələbələrlə yanaşı, Mingəçevir, Şəki, Beyləqan və Ağcabədi rayonlarında məskunlaşan Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayon qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri cəlb edilmişdi.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olduqlarını, şagirdlərin elmi işlərinə rəhbərlik etdiklərini vurğuladı. O bildirdi ki, Bakının qabaqcıl lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə yanaşı, müxtəlif bölgələrdə yerləşən qaçqın məktəbləri şagirdlərinin konfransda iştirakı olduqca vacibdir: "Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugünkü milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq", - deyə rektor söylədi.

Konfransın işi "Azərbaycan dili və ədəbiyyat",  "İctimai  elmlər",  "Təhsil və mədəniyyət", "İqtisadiyyat", "Xarici dillər. Tərcümə" bölmələri üzrə təşkil olunmuşdu.  Bakı  məktəbliləri,  tələbələr, qaçqın  və  köçkün  məktəblərinin  gənc istedadları  ana  dili  ilə  yanaşı,  xarici  dillərdə  də  məruzələrlə  çıxış  etdilər. 

Laçın, Zəngilan, Ağdam, Cəbrayıl rayonlarından gəlmiş şagirdlər BSU-nun professor-müəllim heyəti, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.

Konfransın sonunda BSU Məktəb-Lisey Kompleksi, BDU nəzdində "Gənc istedadlar" liseyi, Heydər Əliyev adına MTK, Bakı Avropa Liseyi, 190 nömrəli tam orta və s. məktəblərin şagirdləri, universitetin tələbələri, eləcə də qaçqın məktəblərindən olan istedadlar fərqləndikləri üçün diplom və hədiyyələrlə mükafatlandırıldılar. 

BSU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov