Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

İKT tədris prosesinin ayrılmaz hissəsinə çevrilir

 

 Təhsili yüksək səviyyəyə qaldırmaq müəllimlərin müqəddəs vəzifəsidir. Hazırda dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı, məktəblərin təmiri, müasir avadanlıqlarla təchizatı, eləcə də Təhsil Nazirliyinin vaxtaşırı yerlərə göndərdiyi metodiki tövsiyələr bizə dərs prosesini daha məzmunlu və keyfiyyətli qurmağa kömək göstərir. Bu gün tədris prosesində yüksək keyfiyyətə nail olmaq pedaqoji kollektivimizin qarşısında qoyulan əsas vəzifələrdəndir. Müəllimlərimiz öz işlərinə məsuliyyətlə, yaradıcılıqla yanaşır, müasir dərsə verilən tələblərə, innovativ yanaşmalara öz fəaliyyətlərində xüsusi önəm verirlər. Hazırda müəllimlər dərs prosesində yeni interaktiv təlim üsullarından, İKT-nin imkanlarından geniş istifadə edirlər.

İKT-nin tədrisdə geniş tətbiqini nəzərə alaraq, müəllimlərin bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq treninq və kurslar təşkil olunur. Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda informasiya, kommunikasiya texnologiyalarının (İKT) köməyilə tədris prosesinin təşkili ilə bağlı ongünlük kursda iştirak  etdim. Bakı şəhərində yerləşən məktəblərin müxtəlif fənn müəllimləri bu kursda iştirak edirdilər. Müdavimlərin hamısının kompüterdən istifadəsi təmin olundu, sürətli İnternetə qoşulmaq imkanı yaradıldı. Müəllimlərin öz fənlərinə marağı, yüksək peşəkarlıqları diqqəti cəlb edirdi. Texniki elmlər üzrə fəlsəfə doktoru Qumru Abdullayeva kompüterin quruluşu, təlim prosesində istifadə olunan müxtəlif proqramlar haqqında ətraflı məlumat verdi. O, Microsoft Office paketinə daxil olan iki ən məşhur Word və elektron cədvəl proqramı Excel ilə müəllimləri tanış  etdi. Diaqramların qurulması, Power Point - təqdimat proqramı, slaydların yaradılması, slaydlarda informasiyaların yerləşdirilməsi müəllimlər tərəfindən maraqla qarşılandı. Kursda iştirak edən ana dili və ədəbiyyat,  tarix, coğrafiya, riyaziyyat müəllimləri öz fənləri ilə bağlı təqdimat proqramı hazırlayıb nümayiş etdirdilər. İnternetdən istifadə-müxtəlif mövzu və  şəkillərin slaydlara köçürülməsi, müəllimlərin öz şəxsi elektron ünvanlarının açılması kurs iştirakçılarına öyrədildi.

İKT-nin qabaqcıl təcrübəsinin, məktəblərdə yayılması, dərslərdə istifadə edilməsi üçün belə kursların təşkili diqqətəlayiqdir. İnanıram ki, bu kursda iştirak edən bütün müəllimlərin  gündəlik fəaliyyətində, dərslərini daha məzmunlu, maraqlı və canlı qurmaqda kömək edəcəkdir.   

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 
108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov