Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Məktəblilər arasında Rusiya tarixinə həsr olunmuş olimpiada keçirilib

 

 Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) azərbaycanlı şagirdlər arasında Rusiya tarixinə dair olimpiada keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının iştirakı ilə Rusiyanın Azərbaycandakı səfirliyi və "Rossotrudniçestvo"nun Bakı nümayəndəliyi tərəfindən həyata keçirilən olimpiada "Salam, Rusiya" layihəsi çərçivəsində təşkil edilib. Olimpiadada Bakının və Sumqayıtın 100-dən çox IX və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yazılı test tapşırıqlarının yerinə yetirilməsini nəzərdə tutan birinci mərhələsindən əvvəl "Araz" Ekologiya liseyi və 160 nömrəli klassik gimnaziya şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Olimpiadanın ikinci mərhələsində "Gənc tarixçi" müsabiqəsində şagirdlər Rusiya dövlətçiliyinin yaranmasının 1150 illiyi, Rusiyanın Polşanın hərbi müdaxiləsindən azad edilməsinin 400 illiyi və Rusiyanın 1812-ci il Vətən müharibəsində qələbəsinin 200 illiyi mövzularında məruzələrlə çıxış ediblər.

Uşaqların Rusiya tarixi ilə bağlı bilikləri və onların natiqlik qabiliyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Olimpiadanın yekunlarının elan, habelə qaliblərin təltif edilməsi mərasimi bu ilin iyununda "Rusiya günü"ndə təntənəli şəkildə keçiriləcək. Olimpiada qaliblərinin "Salam, Rusiya" layihəsi çərçivəsində Rusiyaya ekskursiyaya gedəcək qrupa daxil edilməsi nəzərdə tutulub. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov