Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Sumqayıt Dövlət Universitetində maraqlı görüş

 

Bu il 50 yaşını qeyd edəcək Sumqayıt Dövlət Universiteti gənclik şəhərinin ilk və yeganə ali təhsil ocağıdır. Əvvəllər neft-kimya institutunun filialı kimi fəaliyyət göstərmiş bu təhsil müəssisəsinin bazasında artıq neçə ildir ki, müasir dövlət universiteti yaradılmışdır.

Yubiley münasibətilə universitetdə silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də filologiya fakültəsinin Sumqayıt yazarları ilə keçirdiyi görüş idi. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə çiçək dəstələri qoydular. Azərbaycan ədəbiyyatı klassiklərinə aid guşənin qarşısında xatirə şəkilləri çəkdirildi.

Sonra tədbir kiçik akt zalında davam etdi. Universitetin rektoru, professor Nadir Qəhrəmanov qonaqları salamlayaraq bu ali təhsil ocağının Sumqayıt ziyalıları, o cümlədən yazıçı və şairlərlə sıx əlaqələrinin olduğunu vurğuladı. Bildirildi ki, SDU yalnız ali təhsil ocağı kimi deyil, həm də şəhərin qaynar mədəni mərkəzlərindən biri kimi tanınır. Rektor bu görüşün də yaddaqalan olacağına inam ifadə etdi.

Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Avtandil Ağbaba SDU-nun 50 illiyinə həsr olunmuş silsilə tədbirlərin sırasında bu görüşün əhəmiyyətini qeyd etdi. Kafedranın dissertantı Vəsilə Əbülhəsənovanın Sumqayıt ədəbi mühiti haqqında məruzəsi maraqla dinlənildi.

Sonra şairlərdən Sabir Sarvan, Gülnarə Cəmaləddin, Rafiq Yusifoğlu, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Rafiq Oday, Əli Nəcəfxanlı, Məmməd Namaz, 3-cü kurs tələbəsi Orxan Zaman və başqaları yubileyi qeyd olunan universitet haqqında ürək sözlərini söylədilər, yeni şeirlərini oxudular. Yazarlar tələbələri maraqlandıran sualları da ətraflı  cavablandırdılar.  

E.UMUDLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov