Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Şuşa məktəbliləri respublika birinciliyinin finalına vəsiqə qazanıblar

 

Məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə almaları, onların baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmaları  günümüzün ən vacib məsələlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən "Gənc xilasedici  və yanğınsöndürən" yarışı böyük əhəmiyyət kəsb edir.

Şuşa rayonunun məktəbliləri də bu yarışa xüsusi maraq göstərmiş və böyük məsuliyyətlə həmin tədbirdə iştirak etmişlər. Müsabiqənin rayon mərhələsində uğur əldə edərək I yer tutmuş 10 nömrəli tam orta məktəbin komandası zona yarışlarında iştirak etmək hüququ  qazanmışdır. Zona yarışları Sumqayıt Regional Mərkəzində Abşeron, Xızı, Şuşa, Qubadlı  rayon və Sumqayıt şəhər məktəblilərinin iştirakı ilə keçirilmişdir. Sevindirici haldır ki, müsabiqənin son  dərəcə gərgin  və maraqlı keçən  bu mərhələsində  də Şuşa məktəbliləri qalib gələrək I yeri tutmuş və ümumrespublika  yarışlarında  iştirak etmək hüququ qazanmışlar. Qələbənin qazanılmasında 10 nömrəli  tam orta məktəbin şagirdləri - Xəyal Əlizadə, Mehralı Mehralıyev, Binnət Cabbarlı, Samiq Tahirov, İlqar Mehralıyev, Raqif  Rəhimov və Ağasif Məmmədov böyük fəallıq göstərmişlər. Şagirdlərimizin yarışlara hazırlaşmasında, bu mübarizələrdə uğurlu iştirakında 10 nömrəli məktəbin direktoru Rafael Ağayevin və GÇH rəhbəri Kənan Əbdüləzimovun  böyük zəhməti olmuşdur. Biz inanırıq ki, komandamız final mərhələsində də uğurla iştirak edəcəkdir.  

Ceyhun MƏMİYEV,
Şuşa RTŞ-ın əməkdaşı

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov