Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Bir qrup müəllim və şagird "Qardaş məktəb" layihəsi çərçivəsində Türkiyədə olub

 

Bakının Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdi "Qardaş məktəb" layihəsi çərçivəsində Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin dəvəti ilə 19-26  aprel  tarixlərində  Türkiyədə olub.  238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbovdan aldığımız məlumata görə, nümayəndə heyəti  Mustafa Kamal Atatürkün məzarını ziyarət etmişdir.

Qonaqlar hər il Türkiyədə keçirilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında iştirak etmişdir. Tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri ifa olunmuşdur. Hər iki məktəbin şagirdləri maraqlı nömrələrlə çıxış etmişlər. Tədbirdə çıxış edənlər məktəblilərin timsalında bütün türk dünyasının uşaqlarını Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə təbrik etmişlər.

Aprelin 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan məktəbin nümayəndə heyəti ilə görüşmüşdür. Rəcəb Tayyib Ərdoğan nitqinə ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik"  sözləri ilə başlamışdır. O, uşaqları bayram münasibəti ilə təbrik etmişdir. V sinif şagirdi Aydan Heydərli Baş nazirə bütün azərbaycanlı uşaqlar adından "Bir ürəkdə iki can, Türkiyə - Azərbaycan" deyərək gül dəstəsi vermişdir. Baş nazir uşaqlarla şəkil çəkdirmişdir.

Sonra  azərbaycanlı qonaqlar Türkiyənin bir sıra tarixi yerlərində, muzey və qoruqlarında olmaqla qardaş xalqın adət-ənənələri  və tarixi  ilə yaxından tanış olmaq imkanı qazanmışlar. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov