Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

"Elektron təhsil" Respublika müsabiqəsinin I mərhələsi başa çatdı

 

Mayın 15-də "Elektron təhsil" Respublika müsabiqəsinin I mərhələsi başa çatıb. "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunan müsabiqəyə ümumilikdə 1092 layihə təqdim olunub.

Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, "Elektron təhsil" Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaqdır. I mərhələnin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaqdır.  Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin  sayı 7 min nəfər təşkil edir. Qeyd edək ki, müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron təhsil" müsabiqəsi "Microsoft-Azərbaycan", Intel korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, Ultra, Nar Mobile, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.  

"Elektron təhsil" Respublika müsabiqəsinin Təşkilat Komitəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov