Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Azərbaycanlı tələbələr Bolqarıstan parlamentində staj keçəcəklər

 

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində mayın 14-də Bakı Slavyan Universitetində (BSU) olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlar BSU-nun Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olmuş, ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev ilə görüşmüş və səmimi qəbula görə dərin minnətdarlıqlarını bildirmişlər. Professor K.Abdullayev qonaqları səmimi salamlayaraq onlara BSU-nun strukturundan, zəngin elmi və tələbəlik həyatından, hərtərəfli fəaliyyətindən söz açmışdır.

T.Tsaçeva vurğulamışdır ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün Azərbaycan və Bolqarıstanın ali məktəbləri arasında əlaqələri inkişaf etdirmək lazımdır. O, bolqarşünas tələbələrin təhsillərini Bolqarıstan universitetlərində davam etdirmələri imkanlarını vurğulamışdır.

BSU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşdə K.Abdullayev bildirmişdir ki, başçılıq etdiyi ali təhsil ocağında hazırda bolqarşünaslıq ixtisası üzrə 35 tələbə təhsil alır.

T.Tsaçeva vurğulamışdır ki, vətəndən minlərlə kilometr uzaqda milli bolqar kostyumları geyinmiş, onun ana dilində danışan gəncləri görmək olduqca xoşdur. Sədr qeyd etmişdir ki, bu gün başçılıq etdiyi nümayəndə heyəti çox məzmunlu görüşlər keçirmişdir. Bu görüşlərin ən başlıcası Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüş olmuşdur.

 T.Tsaçeva bildirmişdir ki, BSU-nun bir qrup tələbəsi üçün tezliklə Bolqarıstan parlamentində stajkeçmə təşkil ediləcəkdir. O, görüş iştirakçılarının çoxsaylı suallarına cavab vermiş, "Xatirə kitabı"nda ürək sözlərini yazmışdır.

 Sonra bolqar kostyumları geyinmiş tələbələr bolqar dilində şeir oxumuş, mahnı ifa etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov