Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1265 müraciət daxil olub

 

2012-ci ilin aprel ayında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 1265 müraciət daxil olub.

 Müraciətlərin 1167-si telefonla, 98-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb.

Müraciətlərin əksər hissəsi ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir.

Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları, dərs yükünün bölünməsi və digər məsələlərlə əlaqədar olub. Bütün bu sorğular "Qaynar xətt" xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılıb.

Aprel ayında daxil olmuş 65 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi təhsil məktəblərindən 21, digər şəhər ümumi təhsil məktəblərindən 6 (Gəncə və Mingəçevir şəhərlərinin hər birindən 1, Sumqayıtdan 4), Abşerondan 5, Şəki, Yevlax, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 2, Cəlilabad, Şamaxı, Göygöl, Ağsu, Kürdəmir, Sabirabad, Hacıqabul, Salyan, Gədəbəy, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqlarından qanunsuz tutulmalar ilə əlaqədar məsələlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Hesabat ayında internat məktəblərindən 1 şikayət qəbul edilib. Bu müraciət araşdırılaraq həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 2, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 10, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov