Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Doğu Akdeniz Universitetində Azərbaycan mədəniyyəti gecəsi maraqla qarşılandı

 

Mən Naxçıvan şəhərində doğulsam da orta təhsilimi Bakıda, Bağça-Məktəb-Lisey Kompleksində almışam. Hazırda Şimali Kipr Doğu Akdeniz Universitetində təhsil alıram.

Şimali Kiprdə yeganə dövlət ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universitetində yerli gənclərlə yanaşı, dünyanın 68 ölkəsindən gəlmiş tələbələr də təhsil alır. Burada oxuyan 600-dən çox azərbaycanlı tələbə təhsil haqqının yalnız 50 faizini ödəyir.

Mən universitetdə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin vitse-prezidentiyəm. Biz azərbaycanlılar ölkəmizin bütün milli bayramlarını və tarixi günlərini qeyd etməyə çalışırıq. Əsas məqsədimiz vətənimizin milli mənəvi dəyərlərini və mədəniyyətini  təbliğ etmək və  burada təhsil alan əcnəbi tələbələrin vasitəsilə dünyaya tanıtmaqdır. Bu mənada cəmiyyətimizin xətti ilə çox əhəmiyyətli işlər görür, maraqlı tədbirlər keçirir, görüşlər təşkil edirik. Belə tədbirlərdən biri də ötən ayın sonlarında cəmiyyətimizin təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti gecəsi idi.

Doğu Akdeniz Universitetinin rektoru və professor-müəllim heyətinin, azərbaycanlı, eləcə də çoxsaylı əcnəbi tələbələrin iştirak etdiyi gecə açıq elan olunduqdan sonra Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən tanıtım filmi nümayiş etdirildi. Azərbaycanlı tələbələrin ifasında milli rəqslərimiz təqdim olundu.

Şimali Kipr Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açdı. O, Azərbaycan tələbələrinin öz mədəniyyətlərini təbliğ etmək məqsədilə keçirdiyi çoxsaylı tədbirləri təqdir etdiyini və yüksək dəyərləndirdiyini vurğuladı.

Gecədə azərbaycanlı tələbənin ifasında səslənən "Azərbaycan" şeiri hamının alqışına səbəb oldu. Sonra respublikamızın əməkdar artisti, tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə çıxış etdi. Konserti "Çırpınırdı Qara dəniz" mahnısı ilə açan müğənninin ifa etdiyi xalq mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Konsert "Yaşa, Azərbaycan" mahnısı ilə başa çatdı.

Professor Abdullah Öztopraq tanınmış muğam ustasını rəhbərlik etdiyi təhsil ocağında görməsindən məmnun olduğunu dedi və tədbirdə iştirak etdiyi üçün ona təşəkkürünü bildirdi. 

Tofiq HÜSEYNOV,
Şimali Kipr Doğu Akdeniz Universitetinin tələbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov