Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Qaliblər mükafatlandırıldı

 

Mayın 1-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "bilik yarışı" keçirildi.  

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotolardan ibarət sərgi ilə tanış oldular. Təhsil ocağının direktoru Fəridə Bağırova  iştirakçıları müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə məktəbdə görülən işlərlə tanış etdi.  "Bilik yarışı"nda əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndi və ümummilli lider Heydər Əliyevin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərə həsr olunmuş  film nümayiş etdirildi.

Məktəbin tarix müəllimi Nərgiz Haqverdiyeva  tarixi mənbələrə əsaslanaraq Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı. Sonra  bilik yarışması başladı.  Dörd turdan ibarət yarışma üçün seçilmiş suallar ulu öndərin həyatı, fəaliyyəti,  Azərbaycan və dünya tarixi haqqında idi.  Şagirdlərin yarışmada fəallığı və maraqlı fikirlər söyləməsi onların ulu öndərə və tariximizə olan sevgisindən irəli gəlirdi. Hər qrupun cavabı  münsiflər heyəti tərəfindən yazı lövhəsində qeyd olunurdu.  Axırıncı mərhələdən sonra cavabların hesablanması başladı. Nəticəyə görə, VI "b" I yer, VI "a" II yer, VI "c" isə III yeri tutdu. Qalib komandalar   Azərbaycan  xəritəsini əks etdirən qartal suveniri ilə mükafatlandırıldı.  

R.RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov