Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Rumıniyanın Yası şəhərində məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatı keçirilib

 

27 aprel-7 may 2012-ci il tarixlərində Rumıniyanın Yası (İassi) şəhərində məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatı keçirilib.

İsveçrə sistemi ilə 6 yaş qrupu üzrə keçirilən çempionatda 36 ölkədən 284-ü oğlan, 369-u qız olmaqla 653 məktəbli iştirak edib. Azərbaycan bu yarışda Təhsil Nazirliyinin 24 şahmatçıdan ibarət komandası ilə təmsil olunub.

Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdi Günay Məmmədzadə qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin  yetirməsi, Bakı şəhəri 212 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədova, Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Şahəliyev, Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, Ucar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xatın Bağırova gümüş medala layiq görülüblər. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin şagirdi Aytən Əmrayeva və Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi, Bakı şəhəri 13 nömrəli tam orta məktəbin şagirdi Nərmin Söyünlü isə bürünc medal qazanıblar.

Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirmələri Ümid Aslanov 5-ci yeri tutaraq kubok və medalla, Elxan Bayramov 7-ci, Abdulla Qədimbəyli isə 10-cu yeri tutaraq diplomla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov