Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 2012/2013-cü  tədris ilində
aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil (II təhsil) almaq üçün qəbul elan edir

 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)

2. Xarici dil (ingilis, fransız) müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

3. Tarix müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)

4. Tarix və coğrafiya müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

5. Kimya müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

6. Kimya və biologiya müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

7. Biologiya müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)

8. Riyaziyyat müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)

9. Riyaziyyat və informatika müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

10. İnformatika müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

11. Fizika müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

12. Təhsildə sosial-psixoloji xidmət (əyani) (təhsil Azərbaycan dilindədir)

13. Korreksiyaedici təlim  (əyani) (təhsil Azərbaycan dilindədir)

14. Məktəbəqədər təlim və tərbiyə  (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)

15. İbtidai sinif  müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus  dillərindədir)

16. Coğrafiya müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)

17. Musiqi müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

18. Təsviri incəsənət  müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)

19. Texnologiya  müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)

20. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir) 

21. Menecment (təhsilin təşkili və idarə olunması) (əyani) (təhsil Azərbaycan  dilindədir)

22. Ekologiya (əyani) (təhsil Azərbaycan dilindədir) 

Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.

Təkrar  ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər :

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarış (diploma əlavə) (saatların miqdarı göstərilməklə);

- əmək kitabçasının surəti;     

- işlədiyi müəssisə, təşkilat və idarələrdən göndərilənlər üçün göndəriş, zəmanət;

- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);

- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi. 

Sənədlər 2012-ci ilin avqust ayının 20-dən  sentyabr ayının 05-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 13.00-dək ADPU-nun əsas binasında (II mərtəbə, tədris-metodika şöbəsi, otaq 208) qəbul edilir.

Təkrar ali təhsil (II təhsil) almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə təkrar təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci aldığı təhsilin təkrar ali  təhsil ixtisasına uyğunluğundan asılı olaraq qəbul olunduğu kurs müəyyənləşdirilir.

Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil (II təhsil) almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

 

Ünvan: AZ 1000 Bakı şəhəri, Ü.Hacıbəyov  küçəsi, 34

Əlaqə telefonları:   (+994 12) 493-15-96, (+994 12) 440-51-49 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov