Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim mərhələsinə start verilib

 

"Microsoft Təhsildə Əməkdaşlıq Forumu - 2013" müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsi başladı.  Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Microsoft-Azərbaycan" şirkəti və "Mədəd-Azərbaycan" təşkilatı tərəfindən dəstəklənən müsabiqənin Azərbaycan üzrə qaydalarına müəyyən dəyişikliklər edilmişdir. Belə ki, yeni qaydalara görə, 2013-cü ilin martında keçiriləcək Avropa üzrə Təhsildə Əməkdaşlıq  Forumunda  iştirak  etmək  istəyən müəllimlər iyunun 30-dək artıq tətbiq  edilən  tədris  layihələrinin  iş planlarını [email protected] elektron poçt vasitəsilə Təşkilat Komitəsinə təqdim etməlidirlər.

Münsiflər heyəti müraciətləri nəzərdən keçirərək 50 ən yaxşı layihəni seçəcəkdir. Sentyabr-noyabr aylarında keçiriləcək növbəti mərhələdə Təşkilat Komitəsi və ekspertlər qrupu seçilmiş layihələrin təkmilləşdirilməsini təmin edən müvafiq tədbirləri həyata  keçirəcəkdir.

Dekabr ayında 50 layihədən ən layiqli 30-u seçilərək final mərhələsinə vəsiqə qazanacaq. 2013-cü ilin Avropa üzrə Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı təmsil edəcək müəllimlər məhz həmin 30 iştirakçının arasından seçiləcəkdir. Müsabiqə çərçivəsində keçiriləcək təntənəli mərasimdə  finalda iştirak edən layihələrin sərgisinin də təşkili nəzərdə tutulub.

"Microsoft-Azərbaycan" şirkətinin təhsil proqramları üzrə əlaqələndiricisi Emin Axundovun sözlərinə görə, təqdim olunmuş layihələrin şagirdlərin müasir bacarıqlarını təkmilləşdirməsinə xidmət etməsi əsas meyar kimi götürüləcək. Kommunikasiya qurmaq, analiz, biliklərin sintezi, informasiya texnologiyaları ilə işləmək, nəzəriyyənin praktik müstəvidə reallaşmasına müvəffəq olmaq və s. analoji bacarıqlar müasir insanın inkişafı üçün vasitələrdir. İnnovativ layihələr şagirdlərin həmin bacarıqlara artıq məktəbdə yiyələnə bilmələrinə yardım etməlidir. Müsabiqədə iştirak edən layihələr sözügedən meyarlara uyğun hazırlanmalıdır. Ənənəvi təhsil üsullarından fərqli olaraq, təqdim olunmuş innovativ resurslar vasitəsilə şagirdlər bu və ya digər fənn üzrə müstəqil şəkildə araşdırma apara bilməlidirlər.

Müsabiqənin tələblərinə görə, finalçıların seçimi zamanı informasiya-kommunikasiya texnologiyaları ilə yaradılmış layihələrə xüsusi diqqət yetiriləcək. Yəni, müəllimin tədris metodu əsasında şagirdlərin işi layihə çərçivəsində elektron təqdimat, videofayllar, rəqəmli təsvir, veb-səhifə və digər bu kimi vasitələrlə təqdim olunmalıdır.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov