Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

"Ümumtəhsil  məktəblərində kurikulumların tətbiqi: strategiyalar, təcrübələr" mövzusunda seminar keçirilib

 

Mayın 23-də  Təhsil Problemləri İnstitutunda "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi: strategiyalar, təcrübələr" mövzusunda seminar keçirildi. Seminarda Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları, müəllimlər, beynəlxalq   məsləhətçilər və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə TPİ-nin direktoru, professor Abdulla Mehrabov  açdı.Təhsil Nazirliyinin şöbə müdiri  Aydın Əhmədov ümumtəhsil məktəblərində kurikulumların tətbiqi ilə bağlı görülmüş və görüləsi vacib olan işlərdən danışdı. 

Sonra TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru  Ənvər Abbasovun  "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi strategiyaları", Bakıdakı 258 nömrəli tam orta məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Kazımovanın, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəllimi Pərvanə Talıbovanın "İbtidai siniflərdə kurikulumların tətbiqi təcrübəsindən", beynəlxalq məsləhətçilərin   "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi və inkişaf perspektivlərinin beynəlxalq tendensiyaları" və  TPİ-nin şöbə müdiri Bibixanım İbadovanın "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi üzrə tövsiyə və strategiyaların işlənib hazırlanması" mövzularında  slaydlarla maraqlı təqdimatları oldu. Seminarda  mövzu ilə bağlı müzakirələr aparıldı.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov