Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Məktəbin 90 illik yubileyi qeyd edildi

 

Mayın 19-da Şabran rayonunda Məmmədağa Nəzirov adına şəhər 4 nömrəli tam orta məktəbin 90 illik yubileyi qeyd olundu. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayonun təhsil ictimaiyyəti, məktəbin məzunları və digər şəxslər iştirak edirdilər. Öncə tədbir iştirakçıları  rayon mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular. Məktəbin həyətində şagirdlərin əl işlərindən ibarət sərgiyə, müxtəlif illərdə məktəbin təhsil sahəsində qazandığı uğurları əks etdirən stendlərə baxış keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Füzuli Hüseynov qonaqları salamlayaraq tədris ocağının tarixindən söz açdı. Bildirdi ki, bir əsrə yaxın tarixi olan Məmmədağa Nəzirov adına şəhər 4 nömrəli tam orta məktəbin təməli 1922-ci ildə qoyulub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra məktəblərdə dünyəvi dərslər Azərbaycan dilində tədris olunmağa başlamış və kəndlərdə ibtidai məktəblər şəbəkəsi yaradılmışdır. Məhz bu dövrdə keçmiş Dəvəçibazarda ilk dünyəvi dördillik məktəbin - indiki Məmmədağa Nəzirov adına şəhər 4 nömrəli tam orta məktəbin əsası qoyulmuşdur. 1930-cu ildə məktəb Dəvəçibazar Şuralığında ilk orta məktəb kimi fəaliyyət göstərmişdir.  Təhsil ocağı 1955-ci ilə kimi o vaxtkı Dəvəçi rayonunda fəaliyyət göstərən yeganə məktəb olub. Sonralar məktəbin strukturu dəyişdirilib, yenilənib və zamanın tələblərinə uyğun şəkildə genişlənmişdir. Belə ki, 2009-cu ildə məktəb üçün 520 şagird yerlik 27 sinif otağından ibarət əlavə tədris korpusu tikilib istifadəyə verilmişdir.

Məktəbdə 421 şagirdin təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. Son 20 ildə təhsil ocağının ən yüksək nəticəsi 2009-cu ildə qeydə alınıb. Həmin il məktəbin 35 məzunundan 14-ü ali məktəblərə qəbul olunub. Məktəbin şagirdləri regionda və paytaxtda təşkil olunan müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazanıblar. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Roman Yusifov, şəhidlər Allahyar Xəlilov və Ceyhun Vasifov Şabran şəhər 4 nömrəli tam orta məktəbin məzunları olublar.

Füzuli Hüseynov tədbirin təşkil olunmasında zəhməti keçmiş hər bir şəxsə və iştirakçılara dərin minnətdarlığını bildirdi.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbirdə çıxış edərək tədris ocağının 90 iilik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik etdi. N.Novruzov son illər respublikamızda aparılan təhsil islahatlarından söz açaraq ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 60-cı illərinin sonundan başlayaraq təhsilə verdiyi töhfələr haqqında danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev təhsilə böyük diqqət və qayğı göstərir. Hazırda respublikamızda şagirdlərin təhsil almaları üçün dövlət tərəfindən hər bir şəraitin yaradıldığını bildirən N.Novruzov son illər rayonda yeni məktəb binalarının tikilib istifadəyə verildiyini və bir neçə məktəbin əsaslı təmir olunduğunu vurğuladı. Müəllim əməyini, müəllim fədakarlığını yüksək qiymətləndirən başçı hər bir şəxsin bu peşəyə böyük hörmət və rəğbət bəslədiyini və uzun illər keçsə də müəllimin hafizələrdən silinmədiyini nəzərə çatdırdı.

Tarixi ənənələrə malik olan M.Nəzirov adına şəhər 4 nömrəli tam orta məktəbin şabranlıların qəlbində xüsusi yeri olduğu və belə məktəblərin tarixin bir hissəsi kimi qorunub saxlanılmasının vacibliyi qeyd edildi.

Tədbirdə çıxış edən məzunlardan yazıçı-publisist Saleh Tahirov, professor Mübariz Əmirov, tibb elmləri doktoru Ariz Xəlilov və başqaları məktəblə bağlı kövrək xatirələrini bölüşdülər.

Sonda şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov