Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Riyaziyyat fənni üzrə respublika olimpiadasının qalibi

 

Qəzənfər  Hüseynov   riyaziyyat fənninin sirlərinə kiçik yaşlarından yiyələnməyə  həvəs göstərib. O,1997-ci ildə Bakıda anadan olub. Birinci sinfə Bakının Qaradağ rayonundakı 288 nömrəli tam orta məktəbə gedib. Dərs əlaçısı olub. Riyaziyyat fənninə maraq da onda məhz ibtidai sinifdə oxuyarkən yaranıb. Hətta  3-cü sinifdə  oxuyarkən riyaziyyat fənni üzrə  rayon miqyasında keçirilən məktəblərarası bilik yarışmasında diploma sahib olub. İbtidai təhsilini bu məktəbdə başa vuran  Qəzənfər təhsilini paytaxtdakı 249 nömrəli tam orta məktəbdə davam etdirib.

Burada da o, dərs əlaçısı olmaqla yanaşı, riyaziyyat fənni üzrə keçirilən bilik yarışmalarında fəallıq göstərərək birincilik qazanıb. Riyaziyyat fənninə olan həvəs onu paytaxtda fəaliyyət göstərən fizika-riyaziyyat və informatika təmayüllü liseyə gətirib. Hazırda o, gələcəyin çoxlu sayda  riyaziyyatçılarını yetişdirən liseydə IX sinifdə təhsil alır. Qısa müddətdə burada da  Qəzənfərin istedad və bacarığı müəllimlərinin  diqqətini cəlb edib. Çalışqanlığı ilə seçilən  Qəzənfər riyaziyyat üzrə keçirilən olimpiadanın məktəb, rayon, şəhər və respublika turunda iştirak edərək  birinci yerin sahibi olub. Bizimlə söhbətində riyaziyyat müəllimi  Mehralı Qarayev öz yetirməsinin gələcəkdə böyük riyaziyyatçı olacağına əminliyini bildirdi.   

S.SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov