Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Birincilərin bayram sevinci

 

Bakıda məskunlaşmış Şuşa rayonunun Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin 1 "a" sinif şagirdləri "Əlifba" bayramı keçiriblər.  

Bu çal-çağırlı tədbirdə məktəbin müəllimləri, birincilərin valideynləri, Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşı iştirak edib.

Bayram tədbiri Dövlət himninin xoş sədaları ilə başlayıb.

Məktəbin direktoru Günəş Hüseynova, rayon təhsil şöbəsinin əməkdaşı Zülfiyyə Həsənova  1"a" sinfinin şagirdlərini bu sevimli bayramları münasibəti ilə təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyiblər.

Bu tədbir həm də 1 "a" sinif şagirdlərinin sevimli müəllimləri Naciyə Kərimovanın hesabatı idi. O, birincilərin bir dərs gününün videoçarxını iştirakçılar üçün nümayiş etdirib.

Sonra şagirdlər müxtəlif bədii kompozisiya, səhnəcik, mahnı və rəqslərlə öz məharətlərini nümayiş etdiriblər. Eyni zamanda  birincilərin ifasında ana dilimizlə yanaşı ingilis dilində də doğma Azərbaycanı, əziz müəllimlərini tərənnüm edən şeirlər  səslənib.  Həmin gün A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorları da  birinciləri təbrik etməyə gəliblər. Onlar uşaqların ən sevimli nağıllarından biri olan "Cik-cik xanımın nağılı" tamaşasını nümayiş etdiriblər.

Tədbirin sonunda 1 "a" sinfinin şagirdlərinin hər birinə "Mənim ilk müəllimim" adlı şəkil albomu təqdim edilib. 

Mənsurə MƏMMƏDOVA,
Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin təşkilatçısı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov