Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

İstanbulda Beynəlxalq Tədqiqat Layihələri yarışması keçirilib

 

Təhsil Nazirliyinin Elm  şöbəsindən verilən məlumata görə, bu il mayın 8-dən 11-dək  Türkiyənin İstanbul  şəhərində MEF - Beynəlxalq  Tədqiqat Layihələri yarışması keçirilib. Yarışmada 30-u dünyanın 23 ölkəsindən, 65-i isə Türkiyə məktəblərindən olmaqla ümumilikdə 95 layihə komandalar tərəfindən təqdim edilib.

Ölkəmizi beynəlxalq yarışmada Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyinin  fizika müəllimi Niyazi Həsənov, XI "R"sinif şagirdi Aygül  Həsənli və  AMEA Radiasiya Problemləri İnstitutunun  şöbə müdiri Mətanət Mehrabovadan ibarət nümayəndə heyəti "Pb1-xMnx  Te(Se,S) nanotəbəqələrinin alınması və onların spintronokada istifadəsi  perspektivlərinin öyrənilməsi" adlı layihə ilə təmsil ediblər. Təqdim edilən layihə  münsiflər heyəti tərəfindən ən orijinal layihə kimi fərqləndirilib və kuboka layiq görülüb. 

XI "R" sinif şagirdi Aygül Həsənlinin işi mənimsəmək və təqdim etmək bacarığı, habelə müəllimlərin hazırlıq və təşkilati işləri yüksək qiymətləndirilərək onların hər birinə kubok və sertifikatlar verilib.

Türkiyənin Təhsil Nazirliyinin nümayəndələrinin, dövlət qurumlarının rəhbərlərinin, institut direktorlarının, digər vəzifəli şəxslərin və qonaqların  iştirak etdikləri toplantıda Aygül Həsənli 6 dəqiqəlik  çıxış edib. MEF-in baş müdiri  professor İbrahim Arikan və baş meneceri Dr. Ayfen  Ermağan  tərəfindən A.Həsənliyə xüsusi mükafat təqdim edilib. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov