Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Naxçıvan Özəl Universitetində ədəbi-bədii gecə

 

Naxçıvan Özəl Universitetində xalq şairi Məmməd Araza həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru İbrahim Kazımbəyli açaraq  bildirmişdir ki, M.Araz ilk şeirlərindən başlamış bu günə qədər fəlsəfi və estetik baxımdan poeziyamızın gözəl nümunələrini yaradan  təravətli, bənzərsiz, novator və mütəfəkkir şairdir. Onun şeirləri forma əlvanlığı, deyim üslubu baxımından yeniliyə və obrazlığa malikdir. Bütün zamanlar üçün aktual olan həyat  və ölüm, insan və dünya kimi çətin və ümumbəşəri problemin yüksək səviyyəli bədii həllini vermək şairdən böyük hünər və gərgin yaradıcılıq axtarışları tələb edir. M.Araz da bu çətin və şərəfli vəzifənin uğurlu həllini verməklə, poeziyamızın qızıl fonduna yeni bir töhfə bəxş etmişdir. O da vurğulanmışdır ki, Məmməd Arazın şeirlərini oxuduqca Azərbaycanın əzəmətli, vüqarlı dağları, elimizi-obamızı barlı, bəhərli edən nəcib əmək adamları gözümüz önündə canlanır. Şair bu insanları vəsf edərkən söz fırçası ilə cazibəli, ecazkar lövhələr yaradır. Sənətkar ən kiçik şeirlərində belə adamı düşündürür, əqli təfəkkürün gücünə müraciət etməyə sövq etdirir. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi idi.

Sonra universitetin müəllimlərindən Seyfəddin Eyvazov, Mədət Səfərov, yazıçı, tənqidçi Əbülfəz Əzimli, gənc şair Elxan Yurdoğlu çıxışlarında şairin yaradıcılığındakı məziyyətlərdən söz açmışlar. Bildirilmişdir ki,  şairin xalqa bağlılığı, milli kolorit, rəvan dili və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, bədii məziyyətləri ilə seçilir.

Sonda şairin övladı, publisist İradə Tuncay və yazıçı-jurnalist Aqil Abbas çıxış edərək təşkil edilmiş ədəbi-bədii gecə üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, belə tədbirlərin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.    

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov