Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Hərəmiz bir arzuyuq

 

Mayın 30-da Bakıdakı 95 nömrəli körpələr evi-uşaq bağçasında "Əlvida bağça, salam məktəb" adlı musiqili-əyləncəli tədbir keçirildi. Tədbirdə bağçanın  kollektivi ilə birlikdə valideynlər də iştirak edirdilər. Həmin gün  bağçanın geniş və işıqlı musiqi zalı fidan balalar üçün bəzədilmişdi. Uşaqların şən çöhrəsində xoş təbəssüm hiss olunurdu. Öncə iştirakçılar Azərbaycan Respublikasının Dövlət himnini səsləndirdilər.

Tədbiri giriş sözü ilə açan körpələr evi-uşaq bağçasının müdiri Rita Əliyeva uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdi. Son illər ölkəmizdə uşaq bağçalarına  və təhsilə göstərilən diqqət və qayğıdan danışan R.Əliyeva bu sahədə möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlərini vurğuladı.  O, bu il bağça həyatına "əlvida" deyərək məktəbə qədəm qoyacaq uşaqlara uğurlar dilədi və onları məktəb təliminə hazırlayan tərbiyəçilərin, xüsusilə Aygün Həsənova və Gülnarə İbrahimovanın əməyini yüksək qiymətləndirdi. Balacaların bağçada yiyələndikləri bilikləri təhsil alacaqları orta məktəbdə daha da artıracaqlarına ümid bəslədiyini bildirən R.Əliyeva  balaca məzunlara gələcək həyatlarında uğurlar arzuladı.

Tədbirdə iştirak edən valideynlər fidan balalara göstərdikləri qayğıya görə bağçanın kollektivinə xüsusi minnətdarlıqlarını bildirdilər/.

Sonra uşaqlar musiqi müəllimi İlhamə Məstanovanın fortepianoda müşayiəti ilə "Hərəmiz bir arzuyuq" mahnısını oxudular. Uşaqlardan Xətai Rəhimlinin ifasında "Sıravi Əhməd", Murad Arazlı və Əsmər Quliyevanın birgə oxuduqları "Sabaha inam"  mahnıları iştirakçılara xoş ovqat bəxş etdi.

Sonda balacalara hədiyyələr verildi. Xatirə şəkli çəkildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov