Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Birincilər onbirinciləri təbrik etdilər

 

Bakıdakı Bağça - Məktəb - Lisey Kompleksində builki məzunlar üçün çalınan zəng onların həyatında yaddaşlardan silinməyən iz qoydu. "Son zəng" günü təkcə yeniyetmə və uşaqlar üçün deyil, onların valideynləri, yaxınları üçün də çox əlamətdar idi.  Çünki min bir zəhmətlə boya-başa çatdırdıqları uşaqlar orta məktəbi bitirərək müstəqil həyata qədəm qoyurdular. Tədbir musiqi sədaları altında onbirincilərin məktəbin bayramsayağı bəzədilmiş geniş həyətindəki meydançaya daxil olması ilə başladı. Aparıcılar mərasim iştirakçılarını salamlayıb onbirinciləri məzun olmaları münasibəti ilə təbrik etdilər. Şagirdlərin ifasında Dövlət himni səsləndi. Üzeyir Hacıbəylinin "Uvertüra"sının sədaları altında şagirdlər Dövlət bayrağını meydançanın ortasına gətirdilər.

Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı istiqamətində  görülən işlərdən, əldə olunan uğurlardan, ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğısından danışdılar. Bildirdilər ki, həmin siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.  Onun məqsədyönlü, dinamik siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə olduğu kimi təhsildə də dünyada tanınır.

Sonra onbirincilərə təbriklər ünvanlandı. Onbirinciləri, birinciləri və onların valideynlərini təbrik edən təhsil ocağının rəhbəri Qafar Hüseynov  onlara ən xoş arzularını bildirdi. Vurğuladı ki,  "Son zəng" həyatda bir dəfə olan və ömür boyu xoş duyğularla xatırlanan hadisələrdəndir. Bu gün ailənin, məktəbin və cəmiyyətin başlıca məramı məhz millətə, dövlətə faydalı, intellektual, fiziki və əqli cəhətdən sağlam vətəndaş yetişdirməkdir. Q.Hüseynov başa çatmaqda olan dərs ilində məktəb-liseyin əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, kompleksdə təhsil alan 3118  şagirddən 287-ci bu gün məzun olur. Direktor dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagirdlərə və müəllimlərə mükafatlar və diplomlar təqdim etdi. 

Sonra onbirincilər hazırladıqları maraqlı proqramı təqdim etdilər. Məzunlar adından çıxış edən XI "a" sinfinin şagirdi Səriyyə Əsədli onların cəmiyyətə hazırlanmasında böyük rolu olan müəllimlərinə ömür boyu minnətdar olacaqlarını bildirdi.  Birinci sinif şagirdləri onbirinciləri şeirlər və mahnılarla  təbrik etdilər.

Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı gəlib çatdı. Məzunlar üçün son zəng çalındı.   

Rəşad  ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov