Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

"Elektron təhsil" Respublika müsabiqəsində 113 nominant mübarizə aparacaq

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsinin növbəti mərhələsində 113 layihə nominant statusu uğrunda mübarizəni davam etdirəcək.  "İKT-dən istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə 36,  "İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika" nominasiyası üzrə 28, "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika" nominasiyası üzrə 34, "Müəllimlərin bloqları" nominasiyası üzrə 8, "Təhsildə İnternet texnologiyaları" nominasiyası üzrə 7 layihə növbəti mərhələyə vəsiqə qazanmışdır.

Müsabiqəyə təqdim olunmuş 1092 layihədən yalnız 819-u meyarlara uyğun olaraq qəbul edilmişdir.

Müsabiqəyə   aid   olan   bütün   məlumatlar   müsabiqənin rəsmi İnternet-səhifəsi olan www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir. İnternet-səhifədə müsabiqədə iştirak edən layihələrin müzakirəsi və fikir mübadiləsi üçün qeydiyyat sadələşdirilmişdir. Belə ki, müsabiqənin rəsmi İnternet səhifəsində  3402 müəllim, 1150 tələbə, 2631 şagird, 382 valideyn və 886 təhsil üzrə mütəxəssis qeydiyyatdan keçmişdir.

Müsabiqə "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalardan  tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov