Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

BPKİYİ-nin elm və təhsil sahəsində beynəlxalq əlaqələri genişlənir

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov kompozit materiallar mexanikası üzrə XVII Beynəlxalq elmi konfransın Təşkilat Komitəsinin sədri, "Mechanics of Composite Materials" dövri elmi jurnalının baş redaktoru,  Avropa Elmlər Akademiyasının və Latviya Elmlər Akademiyasının akademiki  Vitauts Tamujun dəvəti əsasında adıçəkilən beynəlxalq konfransda iştirak etmişdir. Kompozit materiallar mexanikasının aktual problemlərinə həsr edilmiş dünyanın 31 ölkəsindən 200-ə qədər alimin iştirak etdiyi konfransın 7 bölməsindən birinə  - "Kompozit strukturlar" bölməsinə rəhbərlik professor Asəf Zamanova həvalə olunmuşdu. Qeyd etmək yerinə düşər ki, konfransın Təşkilat Komitəsinin dünyanın müxtəlif ölkələrindən olan 17 üzvündən biri də Asəf Zamanovdur. Konfransın əsas təşkilatçılarından biri impakt faktor göstəricili, Latviyada rus dilində, Nyu-Yorkda ingilis dilində nəşr edilən, Azərbaycandan da professor A.Zamanovun redaksiya heyətində təmsil olunduğu "Mechanics of Composite Materials" beynəlxalq elmi jurnalıdır. Beynəlxalq konfransda Asəf müəllim elmi rəhbərlik etdiyi doktorantlarla birgə son vaxtlar alınmış elmi nəticələr əsasında 2 məruzə ilə çıxış etmişdir. Hər iki məruzə konfransda iştirak edən mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Xarici ölkə universitetləri ilə  BPKİYİ-nin elm və təhsil sahəsində gələcək əməkdaşlığına dair məsələlər də konfransda iştirak edən həmin universitetlərin səlahiyyətli şəxsləri ilə birgə müzakirə edilmişdir. Finlandiyanın Helsinki Universiteti ilə də əməkdaşlığın təməli qoyulmuş, beynəlxalq əlaqələr sahəsində institutun fəaliyyəti daha da genişlənmişdir. 

Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov