Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

İfa üzrə respublika müsabiqələri qaliblərinin yekun konserti

 

İyunun 1-də Bakıdakı 20 nömrəli məktəb-liseydə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə və 28 may- Respublika Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş ifa üzrə respublika müsabiqələri qaliblərinin yekun konserti və mükafatlandırılması mərasimi oldu.

Tədbiri Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov açaraq təhsil naziri cənab Misir Mərdanovun salamlarını mərasim iştirakçılarına çatdırdı. Nazirlik tərəfindən ilk dəfə olaraq keçirilən ümumtəhsil məktəblərinin şagirdləri arasında ifa müsabiqələri haqqında məlumat verən A.İbrahimov bildirdi ki, bu müsabiqələr müvafiq olaraq Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il  və 18 aprel 2012-ci il tarixli  əmrlərinə əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Müsabiqələrin keçirilməsində məqsəd ümumtəhsil məktəbləri şagirdlərinin ifa mədəniyyətini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işlərin səmərəliliyini artırmaq, xüsusu istedada malik uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqələr 4 mərhələdə keçirilib, yüzlərlə iştirakçı arasında ən yaxşıları qalib olaraq müəyyənləşdirilib.

Sonra  müxtəlif nominasiyalar üzrə qalib olmuş istedadlı uşaqların ifasında mahnılar, şeirlər dinlənildi. Hər ifa, hər çıxış iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda müsabiqələrin respublika mərhələsində mahnı, çalğı alətlərində ifa və şeir nominasiyaları üzrə I, II, III yerləri tutan və fəal iştirak edən 15 şagird Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov