Naxçıvan
Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici
dillər fakültəsində "15 iyun - Qurtuluşdan başlanan
zəfər yolu" adlı elmi konfrans keçirildi.
Ali məktəbin rektoru, akademik, millət vəkili İsa
Həbibbəyli tədbiri giriş sözü ilə açaraq 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını
Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirdi.
Qeyd olundu ki, həmin dövrdə ölkədə baş alıb gedən
özbaşınalıq və xaos artıq dözülməz həddə çatmışdı və
məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi.
Daha sonra məruzələr ətrafında çıxışlar dinlənildi.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri
doktoru, dosent Zəhmət Şahverdiyev "Heydər Əliyev
müstəqil Azərbaycan Respublikasının qurucusudur", NDU
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov
"Heydər Əliyev siyasi hakimiyyətinin Naxçıvan dövrü",
beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix
üzrə fəlsəfə doktoru Şamxal Məmmədov "Qurtuluşdan
başlanan böyük zəfər yolu" adlı məruzələrlə çıxış
etdilər. Vurğulandı ki, ulu öndər Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın
təməlini qoydu. Çıxış edənlər qeyd etdilər ki, həmin
dövrdə hakimiyyətdə olan insanlar yalnız şəxsi
ambisiyaları üçün mübarizə aparıblar. Məhz 15 iyun
günündə ulu öndər Heydər Əliyevin qayıdışı ilə müharibə
dayandırıldı, atəşkəs elan olundu və müstəqil
Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirildi.
Bu gün ulu öndərimiz tərəfindən əsası qoyulan və özündə
inkişafı ehtiva edən siyasi kurs Prezident İlham Əliyev
tərəfindən uğurla davam və inkişaf etdirilir.
Sonda 20 nəfər gəncə YAP üzvlük vəsiqələri təqdim olundu.
Nərmin CƏFƏROVA |