Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

"Xarici dillərin tədrisinin aktual problemləri"nə həsr olunmuş V Respublika elmi-praktik konfransı keçirilib

 

Azərbaycan Dillər Universitetində "Xarici dillərin tədrisinin  aktual problemləri"  mövzusunda   V Respublika elmi-praktik  konfransı keçirildi.    İki gün  davam edən konfransda Təhsil Nazirliyinin Elm şöbəsinin, Təhsil Problemləri İnstitutunun, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və Bakı Dövlət Universitetinin nümayəndələri  iştirak edirdilər.

Konfransın plenar iclası  Dövlət himni ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  iştirakçıları salamlayaraq konfransın əhəmiyyəti haqqında danışdı. Ənənəvi olaraq hər il keçirilən konfransda Azərbaycanın müxtəlif orta və ali məktəblərinin nümayəndələri ilə fikir mübadiləsi aparıldığını bildirdi. Rektor yeni metodların tətbiqinin birbaşa orta və ali məktəblərdə öyrənilməsinin vacib olduğunu vurğuladı və  konfransın işinə  uğurlar arzuladı.

Sonra Azərbaycan Dillər Universiteti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu  arasında memorandum imzalandı. Hər iki tərəf  təhsil və elmi tədqiqat sahəsində ümumi maraqlara əsaslanaraq əməkdaşlığın bir sıra  prinsipləri haqqında razılığa gəldilər. Əməkdaşlıq psixologiya və pedaqogika elmləri sahəsində təcrübə mübadiləsi, tədris müəssisələrində psixoloji xidmətin təşkili, xarici dil mütəxəssislərinin - müəllimlərinin ixtisasartırmasının təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, konfrans və seminarların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak sahələrini əhatə edirdi.

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hacıyeva  indiki dövrdə gənclərin xarici dilləri, xüsusilə də ingilis dilini öyrənməyə xüsusi maraq göstərdiklərini qeyd etdi. O, qloballaşma şəraitində xarici dilləri öyrənən mütəxəssislərə və peşəkar tərcüməçilərə tələbatın artdığını bildirdi. G.Hacıyeva  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzaladığını iştirakçıların nəzərinə çatdırdı.

ADU-nun xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalova və Xətai rayonundakı 55 nömrəli orta məktəbin müəllimi Nailə Həsənova "Dil tədrisində layihə metodundan istifadə", ADU-nun təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müəllimi Türkan Əliyeva "İngilis dilinin qrammatikasının tədrisində İKT-nin tətbiqi və elektron dərsliklərdən istifadə yolları", ingilis dilinin qrammatikası kafedrasının müəllimi Könül Hacıyeva "On-line proqramlardan istifadə etməklə tələbələrin produktiv lüğət ehtiyatlarının zənginləşdirilməsi" mövzularında məruzə ilə çıxış etdilər.

Ertəsi gün  konfrans öz işini bölmə iclaslarında  davam etdirdi.

Konfransın yekununda çıxış edən ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov bölmələrdə maraqlı müzakirələrin getdiyini söylədi. Müzakirələrdə 22 ali məktəb və bir sıra ümumtəhsil müəssisələrinin nümayəndələrinin  fəal iştirak etdiyi qeyd edildi.

Konfransın bölmə rəhbərləri - professorlar Bilal İsmayılov, Dilarə İsmayılova, Gülnar Hüzeynzadə, Azad Məmmədov,  Ələkbər Qubatov və dosentlər Gülbəniz Camalova, Aytən Bayramova çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər.   Xarici dillərin tədrisinin inkişafı baxımından  belə konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyi vurğulandı.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov