Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 2012-2013-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir:

 

1. Azərbaycan dili və ədəbiyyat;

2. Riyaziyyat və informatika;

3. Psixologiya;

4. Məktəbəqədər təlim və tərbiyə.

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn dövlət və özəl ali təhsil müəssisəsinin məzunları "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş);

- əmək kitabçasının surəti;

- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi. 

Sənədlər 2012-ci il avqust ayının 20-dən (istirahət günlərindən başqa) saat 10:00-dan 17:00-dək ADPU-nun III tədris binasında (otaq 123) qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə  sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Xaricdə təhsil almış şəxslər yenidənhazırlanma təhsili almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar. Təhsil ödənişlidir. 

Ünvan: Bakı şəhəri, S.Rüstəm küçəsi, 23.

Telefon:  (+99412) 440-51-49 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov