Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

M.V.Lomonosov adına MDU-nun Bakı filialında yeni fakültə açılacaq

 

İyunun 14-də M.V.Lomonosov adına MDU-nun Bakı filialında "Açıq qapı günü" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə abituriyentlərə və onların valideynlərinə bu ali məktəbdə təklif olunan ixtisaslar və qəbul imtahanları barədə məlumat verilmişdir. MDU-nun Bakı filialının elmi işlər üzrə prorektoru Azad Tağızadə bildirmişdir ki, filial azərbaycanlılara keyfiyyətli təhsil və dünya şöhrətli ali məktəbin diplomunu almaq imkanı verir. A.Tağızadə demişdir: "Sevindirici haldır ki, Azərbaycan və Rusiya prezidentlərinin qərarına əsasən MDU-nun Bakıda da filialı açılmışdır və Azərbaycan tələbələri MDU-da işləyən ən məşhur müəllimlərdən dərs alacaqlar".

MDU-nun Bakı filialında 4 fakültə fəaliyyət göstərir. Bunlar filologiya, kimya, riyaziyyat, habelə kompüter elmləri və psixologiya fakültələridir. Filologiya fakültəsi rus dili və ədəbiyyatı və roman-german filologiyası bölmələrindən ibarətdir. 2012-2013-cü tədris ilində filialda iqtisadiyyat və menecmentdən ibarət iqtisadiyyat fakültəsi fəaliyyətə başlayacaqdır.

Filialın tələbələri icbari qaydada Azərbaycan dilini və tarixini, filologiya fakültəsində isə Azərbaycan ədəbiyyatı tarixini öyrənirlər.

Bakı filialının qəbul komissiyasının yeni məsul katibi Aleksey Popov ali təhsilə qəbul şərtləri barədə məlumat vermişdir. O bildirmişdir ki, hər fakültəyə qəbul planı 25 nəfərdir. Təhsil pulsuzdur və tələbələr ilboyu təqaüdlə təmin olunurlar.

Filial MDU-nun tədris planı və proqramı əsasında işləyir. Tədris prosesində innovasiya texnologiyalarından və metodlarından istifadə olunur. Dərslər, əsasən MDU-nun professor və müəllim heyəti tərəfindən aparılır. Məsul katib vurğulamışdır ki, imtahanlara Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda müvafiq bal toplayan tələbələr buraxılacaqlar. İmtahanlar yazılı olacaq.

MDU-nun filologiya fakültəsinin nümayəndəsi Sergey Knyazev bildirmişdir ki, filologiya fakültəsinə bütövlükdə 25 yer ayrılmışdır. Onların 9-u italyan dili və ədəbiyyatı, 9-u ingilis dili və ədəbiyyatı, 7-i isə rus dili və ədəbiyyatı ixtisasları üzrədir.

Keçmiş bakılı, MDU-nun ümumi psixologiya kafedrasının baş elmi işçisi Aleksandr Veyskunski bildirmişdir ki, fakültə psixoloq və psixologiya üzrə müəllimlər hazırlayır. Bu fakültənin məzunları gələcəkdə biznes sahəsində, təhsil müəssisələrində, ordu qurumlarında praktik psixoloq, habelə elmi və pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

MDU-nun Bakı filialında ən müasir avadanlıqla təchiz edilmiş bir neçə laboratoriya fəaliyyət göstərir. Bunu MDU-nun kimya fakültəsinin dekan müavini, professor Sergey Karlov bildirmişdir. Abituriyentləri bu fakültəyə daxil olmağa çağıran professor vurğulamışdır ki, Azərbaycanda bu kadrlara həmişə ehtiyac duyulacaq. Belə ki, buranın inkişaf etmiş neft-kimya sənayesi vardır. S.Karlovun sözlərinə görə, fakültədə fiziki kimya, üzvi kimya və digər ixtisasları seçmək mümkündür.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov