Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

NDU ilə Ərzincan Universiteti arasında anlaşma memorandumu imzalanıb

 

Türkiyə Cümhuriyyətinin Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlu və onun başçılıq etdiyi heyət Naxçıvan Dövlət Universitetində iki günlük səfərdə olmuşdur. Qonaqlar universitetdəki tədris prosesi ilə yaxından tanış olmuş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, siyasi irsini təbliğ edib araşdıran Heydər Əliyev Universitetində maarifləndirici universitet televiziyası,  Mətbuat şöbəsi və "Nuhçıxan" radiosunun cəmləşdiyi Media Mərkəzində olmuşlar. Universitetin Tələbə Teatr Studiyasının türk dünyasının böyük ədibi Nazim Hikmətin 110 illik yubileyi münasibətilə hazırladığı "Qəribə adam" tamaşası maraq və rəğbətlə qarşılanmışdır.

Rektorluqda  keçirilən görüşdə eyni  tarixi köklərə malik Azərbaycan və Türkiyə arasındakı birlik və dostluqdan, hər iki ölkə rəhbərliyinin "Bir millət, iki dövlət!" siyasətini uğurla davam etdirməsindən danışılmışdır. Rektor, akademik İsa Həbibbəyli universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat vermiş, bu arada türkiyəli tələbələr də daxil olmaqla 229 xarici vətəndaşın təhsil aldığını bildirmişdir. Rektor qeyd etmişdir ki, 70-ə yaxın ölkə ilə beynəlxalq əlaqəyə malik Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin Ankara, Ərdahan, Van 100-cü il, Kocaeli universitetləri ilə dayanıqlı elmi əməkdaşlığa malikdir.  Xatırladılmışdır ki,  Qars Qafqaz Universitetinin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi uğurla həyata keçirilir. Bu yaxınlarda Türkiyə Cümhuriyyətinin Ağrı İbrahim Çeçen Universitetində "Bölgə universitetləri arasındakı işbirliyinin genişlənməsi və qarşıdakı hədəflər" mövzusunda keçirilən seminarda Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk, Qars Qafqaz, Ağrı İbrahim Çeçen, İqdır, Ərdahan və Gürcüstan universitetləri ilə Mövlana proqramı üzrə tələbə mübadiləsinə dair danışıqlar aparılmışdır.

Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlu təmsil etdiyi universitetin 1976-cı ildə Ərzincan Məslək Yüksəkokulu kimi fəaliyyətə başladığını, 2006-cı ildən müstəqil universitet olan bu ali məktəbi Anadoluda dünya universiteti kimi formalaşıb inkişaf etməkdə olduğunu söyləmişdir. Rektor buradakı fakültələr,  elmin, təhsilin səviyyəsi haqqında danışmışdır.

Səfərin ikinci günü keçirilən görüşdə  hər iki universitetin rektoru ikitərəfli iş birliyinin elm və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətindən danışmışlar. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Sənəddə universitet tələbələri və mühazirəçiləri arasında təhsil, professionallıq və mədəni fəaliyyəti dəstəkləmək və akademik əməkdaşlığı, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır. Anlaşma memorandumunda  fakültə əməkdaşları və tələbə mübadiləsi, mütəxəssis və ekspertlərin səfəri, elmi tədqiqat işləri  və  informasiya  mübadiləsi,  müştərək  konfrans  və simpoziumların, onlayn əlaqələrin təşkili  nəzərdə tutulur.

Türkiyəli qonaqlar universitetin təsviri incəsənət və rəsmxət ixtisası tələbələrinin əl işlərindən ibarət sərgiyə baxmış, universitetin incəsənət fakültəsinin konsert proqramını maraqla izləmişlər.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov