Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Nobel mükafatı laureatı, bioloq Ceyms Uotsonun elmdə yaşadığı həyatın dərsləri

 

Bioloq Ceyms Uotson 1953-cü ildə DNT-nin strukturunu kəşf etməklə məşhurlaşmışdı (Frensis Krik ilə birlikdə) və bu işə görə Nobel mükafatı almışdı. Sonralar Uotson ABŞ-da insan genomunu tədqiq edən Milli Mərkəzin ilk direktoru olmuşdu və məşhur "insan genomu" layihəsinə rəhbərlik etmişdi.

O,  həyatı  boyu  xatirələrini  yazmış,  sonralar  bu xatirələri  təhlil  edərək  ömrünün  hər  mərhələsi  üçün əldə  etdiyi  həyat  dərslərini  müəyyənləşdirmişdir.

Mən hər zaman həyat dərslərinə, xüsusən də dahilərin, müdriklərin və tanınmış alimlərin həyat dərslərinə çox böyük önəm vermişəm. Çünki bu dərslər insana gələcək həyatında çox faydalı ola bilər. Uotsonun həyat dərsləri həm də ona görə maraqlıdır ki, bu dərslər şərəfli alim ömrünün həyat dərsləridir, daha dəqiqdir, xüsusi alim zəkası "filtrindən" keçdikdən sonra qeydiyyata alınıb. Bu dərslər savadlı, ziyalı, alim, rəhbər olmaq istəyən məktəblidən və tələbədən başlayaraq bu gün elmdə çalışan gənc, orta və yaşlı nəsil alimlərə olduqca faydalı ola bilər. Odur ki, Uotsonun həyat dərslərinin maraqlı məqamlarını sizlərə təqdim etməyi vacib saydım.

 

"Müəllimlərə münasibətdə hörmətsizlik etməyin."

"Kollec lazımdır ki, düşünməyi öyrənəsən."

"Yeni ideyalar üçün adətən faktlar lazımdır."

"Sizin müəllimləriniz kimi düşünməyə çalışın."

"Əgər düşünməyi öyrənsəniz, bu, sizin həyatınızı yüngülləşdirə bilər. Mən universitetdə oxuduğum ilk illərdə imtahanlara hazırlaşarkən olduqca çox əzbərləyirdim, cəhd edirdim ki, tədris proqramlarında və kitablarında deyilənlərdən daha çox bilim. Amma daha yaxşı olardı ki, mənim müəllimlərimin mütləq verməyə hazırlaşdıqları suallar ətrafında diqqətimi cəmləyim. Əgər onlar ev tapşırıqları verdikləri əsas mövzulara diqqət yetirsəydim həmin sualları bilə bilərdim. Mən müəllimlərimi xüsusi maraqlandıran şeylərə diqqətimi cəmləşdirdikdə onların fikirlərini daha asan başa düşdüm."

"İlk dissertasiyanız üçün özünüz mövzu seçməyin."

"Sizin intellektual maraq dairəniz dissertasiya mövzusuna nəzərən daha geniş olmalıdır."

"Nə qədər mümkündürsə adla müraciət etməyə tez başlayın."

"Bazar günləri işləyin."

"Ciddi müntəzəmliklə təşkil olunan istirahət günü yalnız artıq işləmək istəməyən və əldə olunmuşla qane olan halda uğurla dincələn insan beyninin təbiəti ilə pis uyğun gəlir. Nadir müstəsnalar olmaqla eksperimentlərin zaman qaydasını əvvəlcədən söyləmək olmaz və əvvəlcədən əqli dincliyi planlaşdırmaq lazım deyil.

Eksperiment zamanı həll olmamış məsələ qaçılmaz olaraq sizin şüurunuzda qalacaq. Eyni zamanda istirahət günü işləmək adi günlərdə işləməkdən daha maraqlı olur. Əgər sizin eksperimentiniz alınmasaydı, istirahət günü işə gəlməzdiniz."

"İdman ağlı aydınlaşdırır."

"Eksperimentlər və ya ideyalar sizi irəli aparmalıdır, amma arxayın olmaq olmaz ki, onlar həmişə sizin emosiyalarınızı bərabər qiymətli müdafiə edəcək. Uğur sevinc gətirir, uğursuzluq yox, amma uğursuzluq işlərin ayrılmaz hissəsidir. Əgər sizin eksperimentləriniz hər zaman işləyirsə və ya qiymətli ideyaların başınıza gəlməsi dayanmırsa, bu, o deməkdir ki, yəqin ki, siz özünüzə elə məqsəd seçmisiniz ki, ona can atmağa dəyməz.

Elm kimi bir məşğuliyyət üçün təbii olan neyromediatorların uçuş və enişlərini kompensasiya etmək məqsədi ilə başa arabir istirahət vermək üçün idmanla məşğuliyyətə daha çox güc sərf edin."

"Yayın sonunda eksperimentlər aparmaq qeyri-təbiidir."

Uzun iyun günlərinin yaratdığı eyforiya intensiv işləməyə və intensiv oynamağa imkan verir. Tamamilə eksperimentə həsr olunan gün erkən axşam softbol və ya voleybol oynamağa bir az da olsun mane olmur. Amma avqustun əvvəlinə havanın qaralması şam yeməyi vaxtına düşür və saralmış yarpaqlar yada salır ki, payız uzaqda deyil. Bu zaman suyun temperaturu hələ də artmaqda davam etdiyindən eksperiment aparmaq əvəzinə çimərliyə getmək daha ağıllı qərar olar və eksperimentlərin icrasını növbəti səhərə saxlamaq olar. Avqustun son həftəsində elə uzaq və cəlbedici yerə getmək olar ki, iki və ya üç gün müddətində elm haqqında düşünməyi tam unudasan. Əgər özünüzə bir neçə həftə məzuniyyət götürsəniz o, heç vaxt sizə ziyan gətirməz. Məzuniyyətin sonuna yaxın siz hətta ola bilsin ki, beyninizin kifayət qədər dincəldiyini hiss edəcəksiniz.

"Əgər seminarın mövzusu sizin üçün maraqlıdırsa, birinci sırada oturun."

Sizə maraqlı olan seminarlardan fayda götürməyin ən yaxşı yolu birinci sırada oturmaqdır. Əgər sizin üçün cansıxıcı deyilsə, onda hamının gözü qarşısında yuxulayıb pis vəziyyətə düşməyə risk etmirsiniz. Əgər siz seminarı aparanın fikirlərinin gedişini izləyə bilməsəniz birinci sırada oturduqda hər zaman onu dayandırıb soruşa bilərsiniz. Çox böyük ehtimal ki, təkcə siz mühakimələr sapını itirməmisiniz. Sizin sualınız, hətta, hamıya seminarı aparanın nəsə həqiqətənmi əhəmiyyətli bir şey demək istədiyini və ya o, onun özü-özünü buna inandırdığını başa düşməyə kömək edə bilər. Sual vermək üçün seminarın sonunu gözləmək patoloji nəzakətlilik göstərmək deməkdir. Siz böyük ehtimalla mühakimələr sapını harada itirdiyinizi unudacaqsınız və nəyisə başa düşmədiyiniz haqqında sual verəcəksiniz.

Əgər seminarın sizə cansıxıcı olacağı haqqında şübhələnsəniz, amma o dərəcədə yox ki, onu buraxmaq riskini edəsiniz, onda arxa sırada  oturun.

"Təkrarlanmayan nəticələr uğur gətirə bilər."

Elmdə gözlənilən nəticəni almaq həmişə xoşdur, amma siz bir neçə dəfə eyni nəticəyə gəlməsəniz o, yekun razıqalmaya gətirib çıxarmır.

Əgər siz çox ehtiyatsız işləyirsinizsə, heç vaxt təkrarlana bilən nəticə ala bilməzsiniz. Amma siz yalnız məhdud ehtiyatsızlıq etsəniz, sizin yaxşı şansınız ola bilər ki, eksperimentə hansısa nəzərə alınmamış faktoru gətirəsiniz və bəxtiniz gətirsə, əvvəllər məlum olmayan hadisəni tuta bilərsiniz.

"Sizin eksperimentlərinizdə hər zaman auditoriya olmalıdır."

Ekperimenti başlamazdan əvvəl əmin olun ki, yoxlanılan ehtimal yalnız sizi maraqlandırmır. Əvvəllər kəşf olunmuş üzərində məqsədsiz variasiya, sizin laboratoriyanız müstəsna olmaqla, hamıda yalnız əsnəmə yarada bilər. Tələbə üçün demək olar ki, monoton fəaliyyət laboratoriya metodlarını yaxşı mənimsəmək üsuludur, amma ona həqiqi elm kimi yox, məşğələlər kimi baxmaq lazımdır. Axı onun nəticələrini heç vaxt ciddi alimlərin oxumadıqları jurnallarda çap etdirmək olar. Yeni söz demək cəhdi əsnəməkdən də pis nəticələrə gətirib çıxara bilər, beləliklə, ona hazır olun ki, əksər həmkarlarınız sizi anormal hesab edəcək. Amma əgər siz bir nəfər və ya bir neçə nəfər sizin etdiklərinizi qiymətləndirə bilən ağıllı adam tapmasanız, ehtimal ki, belə inadkarlıq sizin ağılsızlığınızı və ya dəliliyinizi nümayiş etdirir.

"Elm ünsiyyət tələb edir."

Siz məktəbdə oxuyarkən digərləri ilə ünsiyyətdə olmadan faktları və ideyaları öyrənməkdə uğur qazana bilərsiniz. Amma elə ki, elm aləminə düşdünüz, bu sferalar qarışır və təkcə sizin istirahətinizin keyfiyyəti yox, həm də peşə uğurlarınız tələb edir ki, siz başqalarının təkcə elmi işlərini yox, şəxsi keyfiyyətlərini də qiymətləndirə biləsiniz. Qeybət etmək hamıya, o cümlədən alimlərə də xasdır, yenilikləri bilməmək isə qolları bağlı işləmək deməkdir.

Elmi karyeranın başlanğıcında xüsusən əhəmiyyətlidir ki, digər laboratoriyaların necə işlədiyinə baxasan, həm də bu və ya digər nəticəni yeni necə interpretasiya etmək haqqında digərləri ilə söhbət edəsən. Yeni başlayanlar üçün öz həmkarlarını rəqib görmək tamamilə təbiidir. Xüsusi halda bu, lazımdır və haqlıdır. Amma elmi biliklər axtarışı sıfır cəmi ilə oyun deyil, o, daima nəsə saxlayır ki, kəşfi gözlənilir və siz öz həmkarlarınızı nə qədər yaxşı tanısanız bir o qədər öz piroq payınızı götürmək şansınız olar.

"Sizi bezdirməzdən əvvəl tədqiqat sahəsini dəyişin."

Digər peşələrdə olduğu kimi, elmdə də şəxsi münasibətdə adamlar olduqca tez-tez gözləyirlər ki, hər şey olduqca pis olsun, o vaxta qədər isə hətta vaxtı çatsa da çalışırlar ki, heç nəyi dəyişməsinlər. Əslində isə dağın altına hərəkət etməyə heç bir ağlabatan əsas yoxdur. Bundan qaçın və onda siz ölənə qədər həyatda sevinəcəksiniz.

"Öz zamanını qabaqlayan tədqiqat predmetini seçin."

Hansısa başqa adamların etdiyi böyük kəşfdən sonra onun detallarını dəqiqləşdirmək çətin ki, böyük alim etsin. Əksəriyyətin hələ həllinin vaxtı çatmadığını hesab etdiyi əhəmiyyətli tədqiqat problemini öz qarşınızda qoyun və bir sıçrayışla öz həmkarlarınızı ötüb keçin.

"Yalnız yaxın illərdə hiss oluna bilən uğur gətirəcək məsələlər üzərində işləyin."

Öz zamanını qabaqlayan əhəmiyyətli məsələləri çox tapmaq olar. Mən hər hansı bir məsələ üzrə inamla işə o vaxt başlayıram ki, yaxın üç-beş ildə düşünülmüş nəticələr almağımı mümkün hesab edirəm. Əgər sizin tunelin sonunda işıq görmək şansınız olduqca azdırsa, bu sahəyə aid mövzu götürüb öz elmi karyeranızı risk altına salmayın. Əgər sizin 30% ehtimalla yaxın iki-üç ildə suala cavab tapacağınıza əsasınız varsa və digər əksəriyyət yaxın on ildə onu həlledilməz hesab edirsə, belə cəhd etməyə dəyər.

"Heç vaxt iştirakçılardan ən ağıllı olmayın."

İntellektual turnirlərdən həmişə qalib çıxmaq üçün gözlənilməz intellektual döyüşlərdə iştirak etmək lazımdır. Sizin mühakimələrinizdə səhvləri tapa bilmək və ya sizin fikrinizi təsdiq və ya inkar edə biləcək faktlarla sizi təmin etmək üçün kifayət qədər biliyə və qabiliyyətə malik olan adamlar məclisini sizə heç nə əvəz edə bilməz. Ətrafdakıların ağlı nə qədər iti olarsa, sizin də ağlınız bir o qədər iti olar. Bu, insan təbiətinə, xüsusən də kişi təbiətinə əksdir, amma sürünün başçısı mövqeyi daha böyük uğurlar yolunda mane ola bilər. Birinci sinif kimya bölməsində az-çox inkişaf etmiş kimyaçı olmaq o qədər də yaxşı olmayan bölmədə birinci dərəcəli ulduz olmaqdan daha yaxşıdır.

"Özünüzün intellektual rəqibləriniz ilə sıx əlaqə saxlayın."

Əgər siz əhəmiyyətli məqsəd uğrunda çalışırsınızsa, çox ehtimal ki, ciddi rəqabətlə qarşılaşacaqsınız. Kim tədqiqatla tək məşğul olmaq istəyirsə, elmin xaricində qalmağa məhkumdur. Yarışda iştirak düşüncəsi güclü əsəbləşdirə bilər, amma layiqli rəqiblərin olması sizin layiqli məqsədə can atmanızın təminatçısı olur. Əgər onlar olduqca çoxdurlarsa, düşünməyə dəyər. Bu, adətən o deməkdir ki, siz olduqca aydın, öz zamanını kifayət dərəcədə qabaqlayaraq daha konservativ və az təxəyüllü əksəriyyəti qorxuda bilən məqsəd uğrunda yarışda iştirak etmirsiniz. Üç və ya dörddən çox rəqibin olması təkcə onu demir ki, sizin uğur şansınız azdır, həm də onu deyir ki, onları demək olar ki, adekvat qiymətləndirmək mümkün deyil. Bu halda əksər rəqiblərinizin güclü və zəif tərəfləri haqqında az ehtimal ki, adekvat təsəvvürünüz olsun. Onlar nə qədər az olsalar, onlarla məsələni aydınlaşdırmaq daha asan olur və daha çox şansınız yaranır ki, bu yarışda ağıllı hərəkət edə biləsiniz. Rəqiblər çox olduğuna görə onlardan qaçmaq təhlükəli yol açmaqdır.

"O adam ilə bir yerdə işləyin ki, sizinlə intellekt baxımından bərabərdir."

İki alim bir yerdə işləyərkən iki tək işləyən və hər biri öz yolu ilə gedənlərə nəzərən adətən daha çox uğur əldə edir. Yaxşı elmi cütlüklər hesablanmaqla yaradılmış evliliyə bənzəyir və bir-birini uğurla tamamlayan insanları birləşdirir.

Amma elmi komandada ikidən çox adam olduqda orada sıxlıq yarana bilər. Əgər üç adam ümumi məqsəd ardınca gedirsə, onlardan biri lider olur, digərlərindən biri isə gec-tez özünü başqalarından zəif hiss etməyə başlayır və inciyir ki, əsas qərarlar onsuz qəbul olunur. Bundan başqa, üç nəfər bir yerdə işləyəndə hər bir iştirakçının alınan nəticələrdə iştirakını ifadə etmək çətin olur.

"Qoy həmişə sizi xilas edə bilən adamınız olsun."

Öz dövrünüzü qabaqlamağa çalışarkən siz özünüzə çox şey götürdüyünüzü hesab edən adamları qaçılmaz olaraq qıcıqlandıracaqsınız. Onlar sizin uğursuzluqlarınıza sevinəcəklər, hesab edəcəklər ki, tale sizi haqlı olaraq cəzalandırır. Bəzən onlar, yalnız özlərini o anda göstərirlər ki, siz fəlakətə uğrayırsınız. Siz çox vaxt aşkar edirsiniz ki, onlardan necə asılısınız - məsələn, sizə təqaüd və ya qrant verilməsini uzatmaq haqqında onların qərarlarından. Odur ki, həmişə bilmək lazımdır ki, təsir gücünə malik olanlardan (sizin valideynlərinizdən başqa) kimlər sizin tərəfinizdədir.

"Mühazirələrdə öz tədqiqatlarınızdan danışın."

"Tələbələrdən söylənilən faktlardan uzağı görməyi tələb edin."

Bacarıqlı tələbələrdən yalnız digərlərindən öyrəndikləri faktları və ya ideyaları sizə söyləməyi tələb etsəniz, bu, onları auditoriyadan kənardakı həyata hazırlamır.

"Tələbələrinizi sizin mütəxəssis olmadığınız predmetləri mənimsəməyə görə mükafatlandırın."

Tələbələrin hamısı sərbəstliyə can atır və onları bu sərbəstliyə hazırlamağın ən yaxşı üsulu odur ki, gələcəkdə inkişaf etmək üçün lazım olan yaxın fənlər və texnologiyalarla tanışlıq üçün onlara imkan verilsin.

"Heç vaxt imkan verməyin ki, tələbələriniz özlərini laborant hiss etsinlər."

Sizin həqiqətən də maraqlandığınız mövzu üzrə gələcək dissertasiya mövzusuna uyğun iş vermək məqsədəuyğundur. Eyni zamanda heç cür imkan vermək olmaz ki, onlar sizin karyeranız üçün işlədiklərini düşünsünlər. Tələbələr gördükləri işlərin, hər şeydən əvvəl, onların öz xidmətləri kimi qeyd olunacağına əmin olduqda daha yaxşı işləyirlər. Ceyms Uotson qeyd edir ki, adətən tələbə onun laboratoriyasına gəldikdən bir və ya iki ay sonra tələbənin işinə hər gün etdiyim nəzarəti dayandırıram. Mən imkan verirəm ki, o, öz tempində işləsin və mənim kabinetimə yalnız onun nəsə göstərə biləcəyi halda gəlsin (mənfi və ya müsbət nəticələr). Əgər tələbə işlədiyi laboratoriyada məzmunlu seminar keçirə bilirsə, bu o deməkdir ki, o, artıq sərbəst işləməyə öyrənib.

"Gülərüz köməkçi götürün."

Daimi əməkhaqqı olmayan alim əgər yatmırsa, onda laboratoriyada vaxtını keçirir. Ceyms Uotson yazır: "Kim mənimlə birgə işləyirdisə, mənim üçün ailə kimi idi və onlarla birgə nahar edir, birgə çimərliyə gedir, xizək sürürdüm." Və laboratoriya işlərində mənə kömək üçün laborantlar seçərkən çalışırdım ki, mənim əhatəmdə yumor hissi və pozitiv əhvali-ruhiyyəsi olan, sülh meyilli olsunlar ki, uğursuzluq anlarında sakitləşdirə bilsinlər. Ən yaxşı ətraf mənim evlənməmiş həmyaşıdlarım idi. Hələ ailə qayğıları ilə yüklənmədiklərindən onlar ciddi iş rejiminə riayət etməyə bilərdilər. Onlardan xahiş etmək olardı ki, axşam saatlarında və istirahət günlərində (hansısa bir nəticəni daha tez almaq istədikdə) bizə kömək etsinlər. Eyni zamanda mən də onlara əməkdaşlarım kimi yox, daha çox dostlarım kimi baxırdım və laboratoriyada icra etmək üçün iş olmadıqda onların laboratoriyada qalmalarını xahiş etmirdim."

"Akademik müəssisələr çox sadə dəyişə bilməzlər."

Akademik mübarizələrin çox hissəsi otaqlar, təyinat və yüksəliş uğrunda olur. Universitet həyatı olduqca tez-tez sıfır cəmli oyun olur və burada hər bir uduşa ekvivalent uduzmaq düşür. Təəssüf ki, əksər dekanlar və şöbə müdirləri çox vaxt ardıcıl fəaliyyət göstərmirlər və öz əməkdaşlarını bir il öncə imtina olunmuş nə iləsə mükafatlandırmaqla öz hakimiyyətlərini və təsirlərini saxlayırlar.

"Kollec tələbələrini elmi işə həvəsləndirin."

Ceyms Uotson yazır: "Elə ki, laboratoriya masaları boş olurdu, ləngimədən mənim rəhbərliyim altında tədqiqatlar aparmağa can atan qabiliyyətli kollec tələbələrini qəbul edirdim. Onlardan çoxu hələ müəyyən etməmişdilər ki, magistraturaya və ya tibbi kollecə getsinlər və  onlar üçün elmi iş ilə klinikada işin fərqini görmək faydalı idi. Bundan başqa, tədqiqat qrupunda iştirak onlara elm üçün şəxsi keyfiyyətlərin əqli qabiliyyətdən az əhəmiyyətli olmadığına inanmaq imkanı verirdi. Bu doğrudur ki, elm ilə uğurlu məşğul olmaq üçün xüsusi növ qabiliyyət lazımdır. Laboratoriyalarda çox vaxt elə adamlara rast gəlmək olar ki, onların olduqca yüksək istedadı imtahanlarda aşkar olunmur. Onlar yalnız o vaxt oyanır ki, onların qarşısında "köhnə məlum olana" aid yox, "yeni, məlum olmayan" haqqında məsələ qoyulur."

"Öz fakültənizdə seminarları elmdəki yeniliyə həsr edin."

Fakültənin keyfiyyəti haqqında həftəlik seminarlara əsasən qiymət vermək olar. Elm məşhurları adətən harasa yalnız o zaman getməyə hazır olurlar ki, orada özləri üçün fayda görsünlər. Geniş tələbə auditoriyası cəlb edilə bilinməyən və yalnız əsasən fakültənin nüfuzunu qorumaq üçün iştirak edən əməkdaşlardan ibarət olan auditoriyada keçirilən seminarlar tezliklə onlar üçün də cansıxıcı olur. Seminarları keçirmək üçün hələ sizin universitetdə öz yerini möhkəmlətməmiş və yeni yaranan elmi istiqamətlərin nümayəndələrini dəvət etmək daha yaxşı olar. Yaşlı əməkdaşlarınızdan olan dostlarınızı seminarları aparmaq üçün seçərkən siz tələbəyə onlarda olanı onlara vermək riskini edirsiniz. Əksər hallarda kiçik işçilərdən birinə həvalə etmək lazımdır ki, əla seminar aparması gözlənilən hər hansı bir adamla danışıb seminar aparmağa dəvət etsin və o, gəldikdə onu müşayiət etsin. Kiçik əməkdaşlarda bu işi bacarmaq üçün vaxt və motivlər çoxdur, çünki onlar fikirləri onların intellektual həyatlarını zənginləşdirə biləcək alimlərlə görüşmək imkanını qiymətləndirirlər.

"Yeni jurnalın redaksiya heyətinin tərkibinə daxil olun."

Çoxdan mövcud olan jurnalın redaksiya heyətinin tərkibi olduqca nadir hallarda dəyişir ki, yeni elmi istiqamətlərin tələblərinə cavab versin. Yeni istiqamət yeni düşüncə tərzi yaradır və yeni jurnal tələb edir. Keçmiş ilə yaşayan redaktorlar heç də həmişə elmdə yeniliyin qiymətini layiqincə verə bilmir və çox vaxt hətta bilmir ki, rəy üçün kimə müraciət etsin.

"Böyük kəşflərin nəticələrini ləngimədən çap etdirin."

"Səyahət elmi yaxşılaşdırır."

Hansısa mötəbər elmi müəssisədə işləməyinizdən asılı olmayaraq istənilən ayrıca götürülən anda sizin ixtisasınız üçün əhəmiyyətli olan şeylər, böyük ehtimalla, hardasa başqa yerdə də icra olunur. Əgər siz Elmlər Akademiyasında işləyirsinizsə bu, heç də o demək deyil ki, sizin tədqiqat apardığınız sahədə universitetlərdə və ya sahə institutlarında aparılan işlərdən xəbərdar olmaq lazım deyil. Digər auditoriyalar qarşısında çıxışlardan imtina etməklə siz öz gələcəyinizi zədələyirsiniz. Öz ərazinizdən kənara çıxmaqla siz bacarıqlı aspirantlar və digər elmə gəlmək üçün istedadlı adamlarla görüşə və onları komandanıza dəvət etməklə komandanızı gücləndirə bilərsiniz. Əgər siz qabiliyyətli tədqiqatçı ilə, onun məqalələri vasitəsi ilə tanış olsanız, çox güman ki, onu kimsə başqa adam işə qəbul edib. Əgər siz həddən artıq gediş-gəliş edirsinizsə, təbiidir ki, bu, əks nəticə verəcək. Çalışın ki, əsas kurslar üzrə öz mühazirələrinizi təxirə salmayasınız.

"Həyata keçməsi möcüzələr tələb edən layihələri müdafiə etməyin."

Ona görə ki, hətta onlar həyata keçirilsə də, verəcəkləri mənfəət məsrəflərdən az olacaqdır.

"Mübahisəli məsələlərə aid təkliflər siyasi müdafiə tələb edir."

"Müvəffəqiyyəti mükafatlandırmaq lazımdır."

Ceyms Uotsonun dedikləri: "Mən heç vaxt bilməyəcəm ki, Harvardın mənə əməkhaqqımın artırılmasına layiq olan Nobel mükafatına görə təşəkkürünü bildirməməsində biologiya şöbəsində olan düşmənlərimin iştirakı var və ya yoxdur. Mənə elə gəlir ki, Harvardın nüfuzunun artmasında mənim xidmətlərim prezidentdən aldığım, bir cümlədən ibarət təbrik yazısından daha çoxuna layiqdir. Adamlar çox çərənləyirlər ki, guya elm mühiti üçün pul birinci stimul deyil. Lakin bu, o faktı aradan qaldırmır ki, istənilən işə götürən üçün əməkhaqqı onun sizə necə dəyər verdiyini göstərmək üsuludur. Beləliklə, pul sizə lazım olsa da, olmasa da, nəzarət edin ki, əməkhaqqınız statusunuza uyğun olsun."

"Öz hiddətinizi vasitəçilərlə çatdırın."

"Universitet administrasiyasının ünvanına dərin hiddət hissini sizinlə düzgün olmayan rəftar edildiyini düşünən dostlarınız vasitəsi ilə çatdırmağınız yaxşıdır. Hər şeyi birbaşa öz dekanınıza demək cəhdiniz asanlıqla elə sözlərə keçə bilər ki, sizin üçün körpüləri yandıra bilər. Heç cür yol vermək olmaz ki, sizi təmkinli olmayan və şeylərə başqa nöqteyi-nəzərdən baxmağı bacarmayan insan kimi qəbul etsinlər."

"Adekvat olmayan iş otağına görə işdən çıxmağa hazır olun."

"Sizin həmkarlarınız bilməyəcəklər ki, siz əməkhaqqına az və çox əlavə olunduğunu bilmir, amma hamı sizə məhz hansı otaq ayrılmasını görəcək və bu, sizin uğurlarınıza və digərlərinin sizin haqqınızda təsəvvürlərinə təsir edəcəkdir. Eyni vəzifədə olan bütün əməkdaşlar üçün otaqların bərabər paylanması ədalətlidir, amma işin səmərəliliyini azaldır. Öz karyerasının müxtəlif mərhələlərində olan elmi işçilərdə tələbatlar müxtəlifdir, lakin əgər uyğun şəkildə otaqlar verilsə və geri alınsa, bu, favoritizmdə günahlandırmağa gətirib çıxarır. Beləliklə, otaqların rasional düşüncədən daha çox siyasi düşüncələr əsasında bölgüsü normaya çevrilmişdir. Amma əgər sizə yeni işıqlı ideyanı işləyib hazırlamaq və ya eksperimental sıçrayış üçün lazım olan fəza ayrılmasa, başqa yerdə çalışan işçilər sizi tamamilə ötüb keçə bilər. Lazımi otağın ayrılmasından imtina o deməkdir ki, sizin bacarıqlarınızı lazımınca qiymətləndirmirlər və ya sizin fakültə üçün mənası yoxdur ki, siz qalacaqsınız və ya gedəcəksiniz. Əgər siz özünüzün işdən çıxacağınızla inandırıcı hədələyə bilməsəniz, heç vaxt bilməyəcəksiniz ki, hansı hesabdasınız. Bütün bunlar kifayət qədər ciddidir və həmişə bundan keçmək çətin olur. Amma, əgər siz bu Darvin dünyasında belə böhran yaratmasanız, onda məhdud ehtiyatlar qaçılmaz olaraq sizin daha az sakit həmkarlarınıza keçəcək."

"Qoy sizin rəhbərliyə yaxın dostlarınız olsun."

"Heç vaxt ölməkdə olan fənlər üzrə mütəxəssislərə daima əməkhaqqı təklif etməyin."

"Sədr olun."

"Əksər aparıcı universitetlərin alimləri elmlə məşğul olmaq vaxtına mane olan səlahiyyətləri görmək istəmirlər. Onlar administrativ işi bezdirici hesab edirlər və hər biri istəyir ki, bölmənin sədri kimsə başqası olsun. Məsuliyyətdən bu yolla qaçma səbəbindən əksər təbiət elmləri bölmələrində iş ola biləcəyindən az cəlbedici olur. Kokteyli qarışdıran solominka (çubuq) qiymətlidir. Şöbələrin zəif rəhbərləri əməkdaşlar arasında əhəmiyyətli kursları və ya qiymətli avadanlıqları və iş fəzasını (yerini) bölərkən ağılsız qərarlar qəbul edir. Uğursuz seçilmiş əməkdaşlar məşğələləri aparır və kitabxana üçün heç kimin oxumadığı jurnalları alır. Bölmənin iclasları mənasız keçir, həyati məsələlərə aid olmayan mənasız müzakirələr aparılır və otaqda oksigen tükənənə qədər davam edir. Sədr funksiyası ağıllı professorun vaxtının 10%-dən çoxunu almamalıdır."

"İki ciddi məşğuliyyət olduqca çoxdur."

Çoxlu sırf nəzəri düşüncələr kimi eksperimentlər də adətən sizin əvvəlcə düşündüyünüzdən ən azı 5 dəfə çox güc tələb edir. İstənilən sahədə, istər universitet prezidenti, skripaç, qiymətli kağızlar üzrə mütəxəssis və ya alim olduqda öz məsələlərinə sadiqlik və ona vurğunluq lazımdır. Öz diqqətinizi müxtəlif predmetlər arasında bölməklə eyni qabiliyyətə malik, amma böyük məqsədyönlülüyə sahib olan rəqibinizin xeyrinə oynayırsınız. Özünü peşəkar violençelist adlandıran uğurlu bankir çox vaxt nə yaxşı bankir, nə də yaxşı violençelist olmur.

"Bir bina daxilində rəqabət sağlamlıq üçün zərərlidir."

"Eyni məqsədə can atan ciddi rəqibin olması həmişə həyəcan mənbəyidir. Hər zaman yanında yerləşən adama pislik istəyi ruhi gücü zəiflədir. Elmdə yol məqsəd deyil, məqsəd məqsəddir. Və odur ki, rəqiblər başqa ölkədə deyilsə, hansısa başqa şəhərdə olması yaxşıdır. Əgər onlar eyni binadadırlarsa bu, miniatür formalı cəhənnəmdir, həm də az məhsuldarlıqlı cəhənnəm.

"Elmi karyeranızın zirvəsini gözləmədən rəhbər rolunu götürün."

"Maariflənmiş mütləqlik rejimi yaradın."

"Məni ona görə direktor təyin etdilər ki, Kold-Sprinq-Xarborda işləyən əməkdaşlara laboratoriyanın gələcəyi haqqında mənim fikirlərimi bölüşdürməyə onları inandırmaq yox, laboratoriyanın gələcəyini təmin edim. Əslində tədqiqat müəssisəsi demokratik ola bilməz. Hər halda ağıllı rəhbər onun planlarının qiymətləndirilməsinin qayğısına qalır. Mən heç vaxt artıq Kold-Sprinq-Xarborda işləyən uyğun sahələrin mütəxəssislərindən qeyri-rəsmi məsləhət almadan yeni əməkdaşları işə götürməmişəm. Və əsasən artıq bizim ştatda işləyən alimlərimizin müdafiə etdikləri adamlar yeni əməkdaş olurdular. Mənə məlum olduğu qədər mən bir dəfə də olsun elə adam işə götürmədim ki, bizim digər əməkdaşlarımız ona qarşı olsunlar."

"Öz alimlərinizə beysbol komandasını idarə edən menecer kimi rəhbərlik edin."

"İdman və qabaqcıl elmi tədqiqatlar arasında ümumi cəhətlər çoxdur. Hər ikisinin həqiqi ulduzları orta yaşlı adamlar yox, cavan adamlardır, baxmayaraq ki, bəzən 40-dan çox yaşı olan insan da tor qarşısında raketka ilə və ya lövhə qarşısında təbaşir ilə təhlükəli qüvvə olur. Yalnız o adamlar uzun müddət elmi menecer ola bilərlər ki, daima oyunu yeni səviyyəyə qaldıra bilən istedadlı yenilərin axtarışında olsun. Əməkdaşlarının orta yaşının tədricən yuxarı qalxmasına imkan verilən elmi müəssisələrdə cansıxıcılıq qaçılmaz olur. Lakin yeni binalar tikilməsi və yeni yerlər açılması hesabına əməkdaşların orta yaşını azaltmaq sizə lazım olan deyil. Yaşlı olan binada həyat qaynamırsa, onda boruda olduğu kimi pul uçmağa başlayır. Həmçinin artıq topu dəqiq ata bilməyən alimləri təqaüdə göndərməyin vacibliyini başa düşmək yaxşı menecer üçün əhəmiyyətlidir. Yalnız daima özünü yeniləşdirən, yeni düşüncə tərzini qəbul edən adamlar yenə də sizinlə işləyərək orta yaş əldə edə bilər."

"Oyunçuları mövsümün ortasında dəyişməyin."

"Alimi işə götürdükdən sonra ona tam imkan verin ki, topu tor üzərindən ata bilsin. Güclü zərbələr insan 3-dən 5-ə qədər mövsüm oynadıqdan sonra alınmağa başlayır. Əgər siz bu həftə kim yaxşı formadadır prinsipi ilə öz oyunçularınızı qiymətləndirsəniz bu, yalnız komanda ruhuna ziyan gətirəcək. Ardıcıllıq və daimilik sizin oyunçularınızdan ən yaxşı nəticələri əldə etmək üsuludur. Bu münasibətdə başqalarının elmi işlərinə rəhbərlik öz elmi işini icra etməkdən əsaslı şəkildə fərqlənir."

"Elmə ayrılan ianələri elmin maliyyələşdirilməsinə ayırın, əməkhaqqına yox."

"Ümumi qayda belədir: istənilən elmi müəssisənin büdcəsinin yalnız ən minimal hissəsi yaşlı əməkdaşların əməkhaqqına getməlidir. Normal maliyyələşdirmə şəraitində kim uğurlu alim kimi qalırsa, onun öz şəxsi tələbatlarından xeyli artıq olan qrantlar ala bilir. İanələrdən daxil olan vəsaitləri yaxşı olar ki, karyerasının başlanğıcında olan və aldığı qrantlar adətən onların elmi tələbatlarına uyğun olmayan alimlər üçün istifadə olunsun."

"Aparıcı alimlərə vəzifə artımını onların gözlədiyi vaxtdan tez verin."

"Yaxşı işçilərin vəzifələrini tez artıraraq siz qaçılmaz olaraq çox da qiymətli olmayan əməkdaşlara sərf edilməli büdcə hissəsini azaltmış olursunuz. Kimi qiymətləndirirsinizsə ona səxavətli olun: əməkhaqqına olunan əlavə inflyasiyanın sürətini örtmürsə, başqa yerdə iş axtarmaq vaxtıdır."

"Mümkün olan qədər az qəbul təyin edin."

Əməkdaşlardan kimsə kabinetinizə gəlirsə və ya sizin qəbulunuza yazılmaq üçün zəng edirsə dərhal öyrənin ki, ona nə lazımdır. Əgər onlar hər hansı avadanlığa və ya tarifə həqiqətən ehtiyac hiss edirlərsə, gözləmədən "hə" deməklə həm özünüzün, həm də əməkdaşın vaxtına qənaət etmiş olursunuz. Hətta sizdə olmayan pulu verməyə söz vermək lazım gəlsə də onu edin. Sizin marağınızdadır ki, işçiniz sizin xoşunuza gəlmək qayğısına yox, ancaq öz işinin qayğısına qalsın.

Öz narazılığınızı göstərməkdən utanmayın.

Nə vaxtsa işçilərinizdən biri nəsə ağılsız bir söz danışdıqda və ya başqa yolla qanınızı qaynamağa məcbur etdikdə öz etirazınızı dərhal bildirin. Öz-özünüzə acıqlanmayın ki, yalnız ən yaxın adam sizin narazılığınızı bilsin. Bu, sizin sağlamlığınız üçün zərərlidir və əslində davranışı ilə sizi təhqir etmiş adama münasibətdə qeyri-səmimilikdir. Onlar artıq ehtiyatlanmalıdırlar ki, onlar üçün böyük xoşagəlməzliklər var və təbiidir ki, sizin tənqidinizə cavabı sonraya saxlamağa yox, dərhal cavab verməyi vacib hesab edəcəklər. Belə xoşagəlməz söhbətlər sonraya saxlanılırsa, həmin adam öz həyatını yaşamağa başlayır və münaqişə toxumu səpir. Bu, məhsuldar deyil. Hətta ola bilər ki, siz haqlı deyilsiniz. Onda da həmçinin tez üzr istəyin.

"Ərazini gəzin."

Sizin əməkdaşlarınız qarşıya çıxan problemləri sizə çatdırmaq üçün kabinetinizə nadir hallarda gələcək. Dəhşətli həqiqət sizə o vaxt məlum olacaq ki, artıq "ağacın budağı" qırılacaq. Qabaqda olmaq üçün hər günün bir hissəsini əraziyə baxışla keçirmək vacibdir. Bu, sizə laboratoriyada vəzifə pillələrində yüksək yer tutmayan əməkdaşlarla görüşmək və onlara işlədikləri üçün  gülümsəmək və ya razılıq sözləri ilə təşəkkür etmək imkanı verəcək. Həmçinin bir o qədər də əhəmiyyətlidir ki, laboratoriyalara axşamlar və istirahət günləri də baş çəkilsin. Yalnız adi günlərdə gündüz saatlarında iş aparılan laboratoriyalar güman ki, faydasızdır. Əksinə, şənbə günü gündüz laboratoriya masası arxasında çalışan adam orada vaxtını keçirmək üçün durmur.

"Mümkün olduqca daha çox səlahiyyətlərinizi başqalarına həvalə edin."

Administratorlar da alimlər kimi onları sakit qoyduqda öz işlərini daha yaxşı icra edir.

İstənilən idarə ya irəli və ya geri gedir.

Aparıcı elmi müəssisəyə rəhbərlik boş dayanmamağı tələb edir. Yeni ideyaları və texnologiyaları tez istifadə etmək lazımdır ki, digər yerlərdə çalışan alimlər sizin əməkdaşlarınız edəcəyi təcrübələri onlardan daha tez edə bilməsinlər. Uğur avtomatik olaraq yeni əməkdaşlara və avadanlıqlara tələbat yaradır ki, bunun üçün çox vaxt yeni binalar tikmək lazım gəlir. Əgər siz çox az-az hallarda vaxtında (tez) irəli hərəkət edirsinizsə, yeni elmi sıçrayışların bir qismi digərlərinə qismət olma ilə yanaşı, aparıcı əməkdaşlarınızın bir qismi digər yerlərə işləməyə keçəcək. Elmdə idmanda olduğu kimi mövsümün sonunda əhəmiyyətli deyil ki, bir il qabaq kim çempion olub. Odur ki, özünüzə iş yeri seçərkən sentimental olmayın və bunu digər alimlərdən də gözləməyin. Gəmi ilə birgə batmaq ağılsızlıqdır.

Əgər satışa qoyulursa, həmişə qonşu əraziləri alın.

Elmi müəssisənin inkişafı qaçılmaz olaraq ərazisinin genişlənməsini tələb edir. Odur ki, tərəddüd etmədən sizin əraziyə bitişik yeri alın, hətta ona dərhal tətbiq yeri tapmaq çətin olsa da. Hətta satıcı sizdən olduqca yüksək haqq tələb etsə də sizin üçün bu sahə kəskin vacib olduğu anda olduğundan daha çox satma imkanınız olacaq. İndi bir qədər artıq ödəmək qonşunun sizə öz şərtlərini diktə etmək vaxtını gözləməkdən daha sərfəlidir.

Cəlbedici bina elmi müəssisəyə güclü görünməkdə kömək edir.

Bəzən belə görünür ki, əgər çox da gözəl olmayan bina tikilərsə daha ucuz tikinti materiallarının və tanınmayan arxitektorların xidməti hesabına pula qənaət etmək olar. Lakin uzaq perspektiv üçün bu, sərfəli deyil. Yaraşıqlı, müasir binalar xeyriyyəçilərə inam verir ki, onların da nəvələri bu idarənin şöhrətindən istifadə edəcəklər. Uzunömürlülük hissi əliaçıqlığa səbəb olur.

Qoy sizin varlı qonşunuz olsun.

Hansı məsrəfləri təmin etməsindən asılı olmayaraq tədqiqat qrantları bütün birbaşa ehtiyacları tam ödəyə bilmir. Zəngin məzunlarından özünü asılı edə bilən universitetlərdən fərqli olaraq elmi-tədqiqat müəssisələrinə zəngin, yerli uğurlarla öyünməyə meyilli olan qonşular lazımdır.

Sizin hamilərinizlə dostluq edin.

Sizin hamilərinizlə münasibətinizi şəxsi ünsiyyət səviyyəsinə qaldırmağın yaxşı üsulu onlar qayğılardan dincəldikləri sferaya daxil olmaqdır (məsələn, onların klublarına daxil olmaq və ya yay istirahətini onların ailə ilə dincəldikləri yerlərdə keçirmək). Əgər onlar sizi istəyəndən çox dost kimi görsələr, çətin vəziyyətdə sizin üçün daha çox şey edə bilərlər.

Əgər yalnız götürsəniz və əvəzində heç nə verməsəniz sponsorlar məyus olacaq.

Xeyriyyəçilik qarşılılıqlığı tələb edir. Sizin işiniz üçün pul xərcləyən adamlara onların xeyirxahlığı üçün cavab jesti ilə təşəkkür bildirmək lazımdır. Bu, heç də o demək deyil ki, onlarla əliaçıqlıqda bərabər olmağa çalışasınız: hədiyyə yox, diqqət əsasdır.

Öz müəssisəniz üçün də əliaçıq olmağınız vacibdir. Heç də pis olmaz ki, sizin əməkhaqqınızı müəyyən edənlərə ümumi işiniz üçün onun bir hissəsini qurban verməyə hazır olduğunuzu göstərəsiniz.

Əhəmiyyətli qərarları vaxtında qəbul edin.

Uğur çox vaxt öz rəqiblərindən qabiliyyətli olanlara yox, birinci başlayanlara gəlir. Əgər nəsə etmək lazımdırsa, onu ləngimədən edin. Əgər siz olduqca çox gözləsəniz, kimsə başqası həmin ideyanı söyləyəcək və siz başqasının proqramını icra edən vəziyyətində qalacaqsınız. Belə hallarda sizə tabe olanların əsası olacaq ki, nə üçün məhz sizin ən yüksək əməkhaqqı almanızla maraqlansınlar.

Ceyms Uotson yazır: "Ümumi uğura inam üçün Harvardda əməkhaqqı yenidən ciddi rəqiblərində olduğundan daha yüksək olmalıdır. Ulduzları cəlb etmək üçün ulduz əməkhaqqı vermək lazımdır. Yaxşı alimlər artıq Harvarda ona görə getməzlər ki, o, Harvarddır. Heç kim elmə varlanmaq üçün gəlmir, amma adamlar onunla məşğul olmaq qərarına ona görə gəlmir ki, bütün həyat rahatlıqlarından özünü məhrum etsin."

"Elm horizont kənarına çıxarması üçün yaxşı ağılları toplamaq lazımdır və onlara imkan vermək lazımdır ki, yaxşı ağıllar təbii yolla etməyə cəhd göstərdiklərini etsinlər - öz dövrlərinin ən cəlbedici məsələlərini həll etsinlər. Belə ağıllar qaçılmaz olaraq özlərinə oxşarları cəlb edəcəklər və digər qalanları özü-özünə çıxır."

Ceyms Uotsonun elmdə yaşanan həyat dərslərinin demək olar ki, hamısı qəbul olunandır. Odur ki, elmi idarə edənlər də, elmdə nüfuz qazanmış insanlar da, elm aləminin "astana"sından yenicə bu aləmə daxil olanlar da, gələcəkdə elm yolunu seçmək istəyində olanlar da bu dərslərdən faydalana bilərlər. Eynşteyn, Landau, Mendeleyev, Korolyov, Vasim Məmmədəliyev, Tesla, Murtuza Nağıyev, Abbas Çayxorski, Xudu Məmmədov, Nyuton kimi alimlərin alim həyatlarından öyrəndiklərim də bu fikri mənə qəti əminliklə deməyə imkan verir. Dahilərin həyat dərsləri bu əminliyin əsasıdır.

Vaqif ABBASOV,
AMEA-nın müxbir üzvü,
kimya elmləri doktoru, professor,
Neft Kimya Prosesləri İnstitutunun direktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov