Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Alimin yeni kitabı çapdan çıxıb

 

ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Himalay Ənvəroğlunun (Qasımov) "Sənət və  sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində" adlı kitabı (elmi redaktor və ön sözün müəllifi:  əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nərgiz Arif qızı Paşayeva, rəyçilər:   filologiya elmləri doktoru, professorlar Elman Hilal oğlu Quliyev  və Təyyar Salam oğlu Cavadov) Bakı, "Elm və təhsil" nəşriyyatında çapdan çıxmışdır.

Kitabda dramaturgiyamızın təkamülündə mühüm rol oynayan H.Cavid, S.Vurğun, İ.Əfəndiyev və Anar yaradıcılığının özünəməxsusluğu, əsərlərinin ideya-estetik xüsusiyyətləri sistemli şəkildə təhlil olunur. Onların Azərbaycan dramaturgiyasının inkişafına verdikləri töhfələrə  elmi-nəzəri düşüncə  müstəvisində aydınlıq gətirilir. Kitabda  yer alan məqalələrdə isə  ustad  sənətkarların yaradıcılığının bəzi məqamları  yeni baxış bucağı əsasında incələnir və bir sıra ədəbi-tənqidi əsərlər barədə  konseptual  mülahizələr yürüdülür.

"Sənət və sənətkarlıq məsələləri yeni düşüncə  müstəvisində" adlı kitabda çözülənlər oxucuda  tədqiqatçının özünəməxsus təfəkkür tərzi barədə dolğun fikir formalaşdırır.

İnanırıq ki, istedadlı ədəbiyyatşünas-alim Himalay Ənvəroğlunun digər əsərləri kimi bu kitabı da elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə  qarşılanacaq. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov