Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ
Azərbaycan Dövlət Dəniz Akademiyası 2012/2013 - cü  tədris ilində aşağıdakı ixtisaslar üzrə
əlavə ali təhsil (II təhsil) almaq üçün qəbul elan edir:

 

1. Gəmiqayırma və gəmi təmiri (dəniz texnikası və texnologiya mühəndisliyi)

2. Gəmi energetik qurğuları və onların istismarı (dəniz texnikası və  avadanlıqlarının istismarı mühəndisliyi)

3. Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi

4. Gəmilərin elektrik avadanlıqları və avtomatikası (elektrik mühəndisliyi)

5. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi (su nəqliyyatı üzrə)

6. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

7. Nəqliyyat servisi (su nəqliyyatı üzrə)

8. Menecment 

Əlavə ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Dəniz Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər  "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.

Əlavə  ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  təqdim etməlidirlər: 

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarış (diploma əlavə)(saatların miqdarı göstərilməklə);

- əmək kitabçasının surəti;

- işlədiyi dənizçilik müəssisə, təşkilat, şirkət və idarələrdən göndərilənlər üçün göndəriş, zəmanət;

- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);

- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi. 

Sənədlər 2012-ci il avqust ayının 10-dan sentyabr ayının 05-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 14.00-dək ADDA-nın əsas binasında (II mərtəbə, tədris şöbəsi, otaq 204) qəbul edilir.

Əlavə ali təhsil (II təh

sil) almaq üçün akademiyaya sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə təkrar təhsil ixtisası  üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci aldığı təhsilin təkrar ali təhsil ixtisasına uyğunluğundan asılı olaraq qəbul olunduğu kurs müəyyənləşdirilir.

Xaricdə təhsil almış şəxslər əlavə ali təhsil (II təhsil) almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. 

Ünvan:  Bakı şəhəri, Zərifə  Əliyeva küçəsi, 18. Azərbaycan Dövlət Dəniz Akademiyası

Əlaqə telefonu: (+994 12) 498-73-94

 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov