Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Təhsil naziri Misir Mərdanov "Dağıstan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülüb

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Dağıstan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Bu münasibətlə iyunun 25-də Təhsil Nazirliyində tədbir keçirilib.

Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq Azərbaycanla Dağıstan arasında mövcud olan tarixi və mədəni əlaqələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq, dostluq əlaqələrinə böyük önəm verdiyini vurğulayan Misir Mərdanov bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanla Dağıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının artırılmasının zəruriliyinə də toxunub.

Tədbirdə iştirak edən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək inkişafından, son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söz açıb. Qonaq hər iki xalqın dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu, dövlətimizin başçısı tərəfindən göstərilən yüksək diqqəti xüsusi vurğulayıb.

Daha sonra Maqomed Qurbanov Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən, təhsil naziri Misir Mərdanova Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının əməkdar elm xadimi" fəxri adının verildiyini bildirib. M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi haqqında vəsiqəni Misir Mərdanova təqdim edib.

Təhsil naziri Misir Mərdanov ona verilən bu yüksək fəxri ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü bildirib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov