Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Türkiyənin Hacəttəpə Universitetinin nümayəndə heyəti BDU-da olub

 

Türkiyənin Hacəttəpə Universitetinin rektoru Murat Tuncerin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, üzvü olduğu assosiasiyalardakı fəaliyyətindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən də bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin Hacəttəpə Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.

Öz növbəsində Hacəttəpə Universitetinin rektoru Murat Tuncer Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlığa önəm verdiyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, BDU-dan xoş təəssüratla ayrılıblar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov