Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

ADU-da Amerika Mərkəzinin beşillik fəaliyyəti qeyd olunub

 

 Bu günlərdə Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Amerika Mərkəzinin   fəaliyyətinin beşillik yubileyinə həsr olunmuş  tədbir keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, ABŞ səfirliyinin, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri  və universitetin əməkdaşları iştirak edirdilər

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq Amerika Mərkəzinin yaranması və fəaliyyəti haqqında danışdı. O, Amerika Mərkəzinin ADU və ABŞ-ın ölkəmizdəki səfirliyi arasında 5 il bundan əvvəl  imzalanmış Anlaşma Memorandumu əsasında yaradıldığını qeyd etdi.  Rektor səfirliyə və digər xarici təşkilatlara  Amerika Mərkəzinin inkişafında göstərdikləri köməyə görə təşəkkürünü bildirdi. Beş il ərzində mərkəzin uğurla fəaliyyət göstərdiyini və bu mərkəzdən nəinki ADU, eyni zamanda digər universitet tələbələrinin də faydalandığını vurğuladı. "Biz yeni texnologiya və avadanlıqları universitetə gətirərək  minlərlə tələbənin bunlardan istifadə etməsinə nail olmuşuq", - deyə S.Seyidov qeyd etdi.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Amerika səfirliyinin ölkəmizdə müxtəlif layihələr həyata keçirdiyini, onların ən uğurlularından birinin ADU-da Amerika Mərkəzinin yaradılması olduğunu dedi. Hər həftə səfirliyin nümayəndələrinin Amerika Mərkəzində tələbələrə mühazirə oxuduğunu iştirakçıların nəzərinə çatdırdı.  A.Sterlinq Amerika Mərkəzinin 2007-ci ildən etibarən fəaliyyətini uğurla davam etdirdiyini söylədi. O, mərkəzə orta hesabla 250 min nəfərin müraciət etdiyini bildirdi.

Sonra ABŞ səfirliyi və ADU arasında Anlaşma Memorandumu yeni müddətə imzalandı.

Tədbirdə Amerika Mərkəzlərinin baş direktoru Lora Hohman Kasparinin, eləcə də ADU-dakı Amerika Mərkəzinin xidmətindən istifadə etmiş və hazırda ABŞ-da təhsil alan azərbaycanlı gənclərin videotəbrikləri də  nümayiş olundu.

Sonra tədbir bədii hissə ilə davam etdirildi.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov