Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi
2012-2013-cü dərs ili üçün şagird qəbulu elan edir:

 

Məktəbin birinci siniflərinə görmə qabiliyyəti 0,05-dən 0,3-ə qədər və ondan yuxarı olan, habelə görmə qabiliyyətini itirmiş 7-10 yaşlı uşaqlar qəbul olunurlar.

Məktəb həmçinin ümumi təhsil məktəblərində oxuduğu müddətdə görmə qabiliyyəti zəifləmiş uşaqları da müvafiq siniflərə qəbul edir.

Məktəbdə şagirdlərə ümumi təhsillə yanaşı, musiqi və peşə ixtisasları da verilir.

Məktəb tam müasir avadanlıqlarla təmin olunmuş, müasir tələblərə cavab verən hər növ musiqi alətləri şagirdlərin istifadəsinə verilmişdir.

Şagirdlər tam dövlət hesabına yataqxana, paltar və 4 dəfə yeməklə təmin olunurlar.

Bundan əlavə, ayda hər uşağa 20 manat müalicə üçün pul verilir.

Məktəbin Azərbaycan və rus bölmələri var.

Məktəbə daxil olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- direktorun adına ərizə;

- uşağın fərdi vərəqəsi (tibbi sənəd);

- doğum haqqında şəhadətnamənin əsli;

- görmə qabiliyyətinə dair arayış və tibbi rəy;

- valideynin iş yerindən və yaşayış yerindən arayış;

- ailə tərkibi haqqında arayış;

- valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;

- 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.

Ərizələr sentyabrın 10-dək qəbul olunur.

Dərslər sentyabrın 15-dən başlanır. 

Məktəbin ünvanı: Bakı şəhəri, Fətəli xan Xoyski prospekti, 97. 

Telefonlar: 564-25-27, 564-72-61 

Məktəbə 4, 10, 26, 27, 106, 125, 169, 267, 338 nömrəli avtobuslarla və metronun "Gənclik" stansiyasından gəlmək olar. 

MÜDİRİYYƏT

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov