Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Kollecdə məzun günü

 

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Kollecində məzun günü keçirildi. Kollecin tərbiyə işləri üzrə direktor müavini Şükufə Xankişiyeva məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı, harada  işləmələrindən asılı olmayaraq bitirdikləri təhsil ocağının adını uca tutmalarını tövsiyə etdi. Bildirildi ki, kolleci bu il  550-yə yaxın məzun bitirir.

Tədbirdə Gülnar, Səma, Günay, Aytəkin, Cəmilə, Turanə, Minurə, Məlik bir-birindən maraqlı ifaları və rəqs nömrələri ilə məzun yoldaşlarını təbrik etdilər, kollecdə təhsil aldıqları müddətdə seçdikləri ixtisaslara dərindən yiyələnmələrində böyük əmək sərf etmiş müəllimlərinə minnətdarlıqlarını bildirdilər.  Kollecin tədris  hissə müdiri Gültəkin Əliyeva, tədris işləri üzrə direktor müavini Dilarə Hacıyeva, metodist  Fərqanə Əliyeva və başqaları məzunlara təbriklərini çatdıraraq onlara Azərbaycan xalqına layiqli vətəndaşlar olmağı arzu etdilər. 

Tədbirin sonunda fərqlənən məzunlara kollecin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim edildi. Məzunlar  müəllimləri ilə xatirə şəkli çəkdirdilər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov