Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Bağça 21 məzununu məktəbə yola saldı

 

Bakının Xətai  rayonunda yerləşən 240 nömrəli  körpələr evi-uşaq bağçasından  bu il 21 uşaq məzun oldu.  İyunun 8-də onların məktəbə  yola salınması münasibətilə bağçada "Əlvida, bağça, salam, məktəb"  adlı ənənəvi  mərasim keçirildi.  Bayram şənliyində uşaqların  valideynləri ilə yanaşı  qonaqlar - Təhsil Problemləri İnstitutunun  əməkdaşları Dilarə Dostuzadə, Laləzar Cəfərova, rayondakı bir sıra  məktəbəqədər tərbiyə müəssisələrinin  müdirləri iştirak edirdilər.

Bağçanın  al-əlvan bəzənmiş musiqi zalında keçirilən tədbir məktəbəhazırlıq qrupunun uşaqlarının  əllərində bayraqlar  "Yallı" sədaları altında  zala daxil olması ilə başlandı. İki yarımdairə şəklində düzülən uşaqları  və qonaqları əvvəlcə mərasimin  balaca aparıcısı  İranə salamadı. Sonra o, qrup yoldaşları  Aysel, Tahir və Anarla birlikdə "Azərbaycan" şeirini  söyləyib, "Əlvida, bağça", "Məktəbə gedəcəyəm" mahnılarını oxudular. Təbrik üçün söz  bağçanın müdiri Sədaqət  Rəhimovaya və tərbiyəçilərə verildi. Onlar  balaca fidanlara və  onların valideynlərinə  xoş arzularını bildirdilər.

Meydan yenidən uşaqlara verildi. Ayxan və Bəyaz "Müəllim"  şeirini söyləyib eyni adlı mahnını ifa etdilər. Fidan "Kukla" mahnısını oxuduqdan sonra qızlar "Kuklalar"  rəqsini oynadılar. Beləcə bayram şənliyi  maraqlı nömrələrlə davam etdi. Altıyaşlılar həmin  nömrələri, habelə  "Rəqəmlər", "Meyvələr", "Yol nişanları", "Əsgərlər" və başqa səhnəcikləri məharətlə təqdim edərək  məktəb təliminə yaxşı hazırlaşdıqlarını nümayiş etdirdilər.

Qonaqlardan  TPİ-nin əməkdaşları Dilarə Dostuzadə, Laləzar Cəfərova, 248 nömrəli bağçanın müdiri Tamella Useynova, 55 nömrəli bağçanin müdiri  Zərifə Bəşirova,  metodist  Tahirə Quliyeva və b. çıxış edərək  məzunlara təbriklərini çatdırdılar, uşaqların çıxışlarını yüksək qiymətləndirdilər, onların məktəbə yaxşı hazırlandıqlarını  qeyd etdilər.

Tədbirin sonunda bayram şənliyində daha yaxşı çıxış edən uşaqlardan  Ləman, İranə və Fidan bağçanın müdiri S.Rəhimova tərəfindən fəxri fərmanlarla mükafatlandırıldı. Bu fidanların qayğısını çəkən  və məktəb təliminə hazırlaşdıran tərbiyəçilərdən Mehriban Orucova,  Sara Ağacanova, tərbiyəçi köməkçisi Aynura Hacıyeva, musiqi rəhbəri Günay İsrafilovaya isə diplomlar təqdim olundu. 

Yusif  ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov