Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya
2012-2013-cü tədris ili üçün Azərbaycan bölməsi üzrə I sinfə şagird qəbulu
elan edir:

 

Gimnaziyada şagirdlərə tam orta təhsil verilməklə yanaşı, I sinifdən başlayaraq ərəb, ingilis, rus dilləri (V sinifdən əlavə fransız dili) dərinləşdirilmiş proqram üzrə tədris olunur. Məktəbə, əsasən respublikanın rayonlarından gələn, həmçinin Bakı şəhərində yaşayan, bu dilləri öyrənməyə marağı və qabiliyyəti olan, 6 yaşı cari ilin oktyabrın sonunadək tamam olan əqli və fizioloji cəhətdən sağlam uşaqlar müsahibə yolu ilə qəbul olunurlar. Sənədlər iyulun 24-dən 27-nə qədər hər gün saat 10.00-dan 16.00-dək qəbul ediləcəkdir. Müsahibələr valideynlərə bildirilmiş cədvəl üzrə avqustun 1-dən 10-na qədər aparılacaqdır. 

Gimnaziyaya daxil olmaq üçün qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etmək lazımdır:

1. Valideynin, yaxud onu əvəz edən şəxsin direktorun adına yazdığı vahid formada ərizə;

2. Doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surəti;

3. Tibbi dəyişmə vərəqəsi (sağlamlıq haqqında arayış);

4. Uşağın yaşadığı yerdən arayış (ailə tərkibi göstərilməklə);

5. Valideynlərin iş yerindən arayış (işləmirlərsə, ailə tərkibi haqqında arayışda qeyd olunur);

6. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil. 

Müsahibələrdə qəbul komissiyasının üzvləri uşağın tələffüz qaydalarına riayət etməsini, nitqinin aydınlığını, söz ehtiyatına malik olub-olmamasını, cümlə qurmaq, şeir demək bacarığını, müəyyən əşya və hadisə haqqında təsəvvürlərini, hesablama vərdişlərini, riyazi təfəkkürlərini (əşyaları ölçülərinə, rənglərinə, formasına görə müqayisə etmək, ətraf aləmi müşahidə etmək bacarığını), yaddaşlarını yoxlayırlar. Uşaqların testlərlə də yoxlanılması nəzərdə tutulur. Dərs məşğələlərindən sonra şagirdlərin evə buraxılmasına (valideynin ərizəsinə əsasən) icazə verilir.

Gimnaziyada I-V sinif şagirdləri evə yalnız valideynlərin və ya onları əvəz edən şəxslərin müşayiəti ilə buraxılırlar. Ehtiyacı olanlar dövlət hesabına yataqxana və isti yeməklə təmin olunurlar. 

Əlavə məlumat almaq üçün 427-55-09, 427-57-83 nömrəli telefonlarla əlaqə saxlamaq olar. 

Ünvan: Bakı-48, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 1. 

Məktəbə metronun "Neftçilər" stansiyasından 81, 68 nömrəli marşrut avtobuslarla gəlmək olar. 

DİREKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov