Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1073 müraciət daxil olub

 

 2012-ci ilin iyun ayında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 1073 müraciət daxil olub.

Müraciətlərin 985-i telefonla, 88-i elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların çoxu təhsil haqqında sənədlərin verilməsi, ümumi təhsil məktəblərinə və peşə liseylərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, müəllimlərin yaş senzi, istedadlı şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələri  və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlərlə bağlı olub. Xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin tanınması, ümumi təhsil məktəbləri müəllimlərinin əməkhaqqının hesablanması, təhsil sənədlərinin alınması, ümumi təhsil məktəbi məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları da müraciətlərdə əksini tapan məsələlərdir. Bütün sorğular "Qaynar xətt" xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb.

Bir sıra müraciətlərdə ümumi təhsil, internat, orta ixtisas və ali təhsil müəssisələrindəki bəzi problemlərdən bəhs olunur. Bu  qəbildən olan 29 müraciət əsasında araşdırmalar aparılıb, mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ötən ay  "Qaynar xətt" xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 4-ü Bakı şəhəri, 7-si Abşeron, 1-i isə Saatlı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması və məzunlara verilməsi sahəsində çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar, habelə digər məsələlər öz əksini tapıb.                                                                                                                             

Cari ilin iyununda "Qaynar xətt" xidmətinə xüsusi internat məktəbi və uşaq yaradıcılıq mərkəzinin hər birindən 1 şikayət məzmunlu olmaqla 2 müraciət daxil olub.

Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili müəssisələrində "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" 25 may 2012-ci il tarixli, 988 saylı əmrinin icrası ilə bağlı "Qaynar xətt" xidmətinə qeyd olunan təhsil müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib.

2011-2012-ci tədris ilinin yay imtahan sessiyası ərzində Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 15 müraciət qəbul edilib. Onlardan 10-u dövlət, 4-ü özəl ali təhsil, 1-i orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır. Həmin müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə təşkili, pedaqoji və istehsalat təcrübəsinin aparılması, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər məsələlərlə bağlı olub.

İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi təmin edilib.

Özəl ali təhsil müəssisələrindən daxil olan 4 müraciətdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı yaranmış çətinliklər öz əksini tapıb.

Qeyd olunmuş müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı tədbirlərin həyata keçirilməsi üçün müvafiq struktur bölmələrə məlumatlar verilib, gələcək fəaliyyət istiqamətlərində belə nöqsanların qarşısının alınması tövsiyə olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov