Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Kollecdə məzun günü

 

İyunun  23-də Bakı Humanitar Kollecində məzun günü keçirilib. Əvvəlcə məzunların ifasında  Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan  kollecin direktoru İlqar Mahmudov  məzunlara və onların valideynlərinə təbriklərini çatdıraraq gənclərə Azərbaycan xalqına ləyaqətlə xidmət etməyi arzu edib.  Söz gecənin aparıcılarına verilib. Aparıcılar  məzunlara  ünvanlanan  təbrikləri oxuyublar.

"Qarabağ şikəstəsi" ilə  səhnəyə çıxan  məzunlar digər xalq və bəstəkar mahnılarını ifa etməklə həmin günü unudulmaz xatirəyə çeviriblər. Məzunlar  dahi bəstəkar Üzeyir Hacıbəylinin  "O olmasın, bu olsun"  və  "Arşın mal alan" tamaşalarından səhnələr göstəriblər.  Kollecin müəllimi Talıb Zülfiyev həmkarları   adından  məzunları təbrik edib,  onlara gələcək həyatlarında uğurlar, işlərində müvəffəqiyyətlər arzulayıb.

Gecənin sonunda məzunlar müəllimləri ilə xatirə şəkli çəkdiriblər.

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov