Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Qaliblərə diplom və hədiyyələr təqdim olunub

 

Xalqımızın qəhrəman oğullarından biri Sultan bəy Sultanovun anadan olmasının 140 illik yubileyi ilə əlaqədar Laçın rayonunun tədris müəssisələrində qəhrəmanlıq mövzusunda inşa yazı, rəsm, şeir, mahnı, rəqs müsabiqələri, idman yarışları, hərbi idman oyunları və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Bu münasibətlə keçirilən  ümumrayon müsabiqəsində Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşan  Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri də fəal iştirak etməyə başladılar. Onlar əvvəlcə Sultan bəyin 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında anadan olduğunu, ibtidai təhsil aldıqdan sonra Gəncə gimnaziyasında orta təhsilini tamamladığını, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olduğunu, amma naməlum səbəbdən məktəbi bitirməyib doğma kəndlərinə qayıtması barədə məlumatlar topladılar. 

Sultan bəy və onun qardaşı, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun  yalnız Zəngəzur və Qarabağ deyil, Kəlbəcər, Basarkeçər və digər ərazilərimizin erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olub.

Sultan bəy sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşayıb. Əvvəlcə İrana, 1923-cü ildə isə Türkiyəyə gedib. 1955-ci ildə Türkiyənin Qars vilayətinin Köçqoy kəndində dünyasını dəyişib.

Şagirdlərimiz Sultan bəy haqqında bu və digər maraqlı məlumatları toplayıb öyrənməklə bərabər, onun 140 illiyi münasibəti ilə keçirilən ümumrayon müsabiqəsinin rəqs nominasiyasında da böyük həvəslə iştirak ediblər.

Mərasimdə "Xalq qəhrəmanı Sultan bəy" kitabının müəllifi, tarix elmləri doktoru Şikar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Aqil Abbas, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, Sultan bəyin nəvəsi, Bakı Metropoliteninin baş mühəndisi, Azərbaycan Respublikasının əməkdar memarı Elbrus Muradov, Ağcabədi və Xocavənd rayonları icra hakimiyyətlərinin başçıları Şahin Məmmədov və Eyvaz Hüseynov iştirak ediblər.

Həmin tədbirdə rayonun ümumtəhsil məktəblərində Sultan bəyin 140 illik yubileyi münasibəti ilə keçirilən müsabiqə qaliblərinə və eləcə də bizim məktəbin şagirdi A.Rəhimovaya da rəqs nominasiyasında I yeri tutduğuna görə diplom və hədiyyələr təqdim olunub. 

Vəfa İSMAYILOVA,
Laçın şəhər 1 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov