Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

ARDNŞ-in təqaüdünə layiq görülmüş tələbələrə plastik bank kartları təqdim olunub

 

İyulun 13-də "Neftqazelmitədqiqatlayihə" İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramları çərçivəsində xaricdə, respublikanın ali məktəblərində təhsil alan tələbələr və həmin proqrama əsasən şirkətin idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislərlə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, həmçinin Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin rəhbərləri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir. Dövlətimizin başçısının tapşırığına əsasən gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətdə həyata keçirilən layihələrdən danışan R.Abdullayev gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan təqaüd proqramlarının əhəmiyyətini xüsusi vurğulamışdır.

Bildirilmişdir ki, ARDNŞ təqaüd proqramlarına 2006-cı ildən başlamışdır. Şirkət savadlı, gənc mütəxəssislərin hazırlanması və dünya təcrübəsinə yiyələnməsi məqsədi ilə onların xaricdə təhsili üzrə Təqaüd Proqramını da həyata keçirir. İndiyədək bu proqrama 172 gənc cəlb olunmuşdur. Proqramın 84 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vuraraq Vətənə qayıtmış və hazırda ARDNŞ-in müxtəlif strukturlarında çalışır. Həmçinin Təqaüd Proqramının tərkib hissələrindən birini də Azərbaycanın ali məktəblərində neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə ARDNŞ-in aylıq təqaüdlərinin verilməsi təşkil edir. Müsabiqədə təkcə Bakının yox, həm də digər şəhərlərin ali məktəb tələbələri iştirak edir. İndiyədək, ümumilikdə, 1257 tələbə ARDNŞ təqaüdünə layiq görülmüşdür. Təhsilini ARDNŞ-in təqaüdü ilə başa vurmuş məzunlara şirkətdə ixtisaslarına uyğun iş təklif olunur. Son 3 ildə bu yolla 117 təqaüdçü ARDNŞ-də işə qəbul edilmişdir.

Görüşdə tələbə və məzunlar, gənc mütəxəssislər çıxış edərək onları maraqlandıran məsələlər haqqında fikir və təkliflərini bildirmişlər.

Sonda ARDNŞ-in təqaüdünə layiq görülmüş tələbələrə plastik bank kartları təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov