Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Azərbaycan Diplomatik Akademiyasında "Açıq qapı" günü keçirilib

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) beynəlxalq münasibətlər və biznesin idarə edilməsi üzrə bakalavr proqramları təklif edir.

AzərTAc xəbər verir ki, iyulun 13-də akademiyada təhsil almaq arzusunda olan gənclər üçün "Açıq qapı" günü keçirilmişdir.

Tədbirdə bakalavr proqramları və qəbul qaydaları haqqında geniş məlumat verilmişdir.

ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Günay Ziyadova akademiya haqqında təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, cəmi altı il bundan əvvəl yaradılmasına baxmayaraq, ADA artıq dünyada nüfuz qazanmışdır. ADA-da bakalavr səviyyəsində təhsil dördillikdir və ingilis dilində aparılır. Akademiyada azərbaycanlı tələbələrlə yanaşı, əcnəbi gənclər də təhsil alırlar.

Akademiya bir neçə il əvvəl Erasmus Mundus təhsil proqramına qoşulmuşdur. Bu isə tələbələrə təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirmək imkanı yaradır. ADA hazırda dünyanın 14 qabaqcıl universiteti ilə əlaqə saxlayır. Akademiyanın yaxın gələcəkdə universitet kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılmışdır.

Təqdimatda bakalavr proqramları barədə ətraflı məlumat verilmişdir. G.Ziyadova qeyd etmişdir ki, ötən il bakalavr proqramı üzrə Azərbaycan vətəndaşları üçün 60 yer ayrılmışdı. Bu nüfuzlu ali təhsil ocağının tələbəsi olmaq istəyənlərin çox olması ilə bağlı cari tədris ilindən qəbul yerlərinin sayı 160-a çatdırılmışdır. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 400-dən yuxarı bal toplayan abituriyentlər ADA-nın tələbəsi olmaq üçün müsabiqədə iştirak edə bilərlər.

Akademiyaya qəbul olunan tələbələr təhsilə intensiv ingilis dili proqramı (İELP) ilə başlayacaqlar. Proqramın müddəti bir ildir. Proqramın sonunda dil səviyyəsini müəyyən edən test yoxlamasından müvəffəqiyyətlə keçən tələbələr dördillik bakalavr proqramına davam edəcəklər.

Tədbirdə akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında videoçarx nümayiş olunmuşdur. Həmin şəhərciyin bu ilin sentyabrında istifadəyə veriləcəyi bildirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov