Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

14 yaşlı vokalçımız Parisdə keçirilən beynəlxalq festivalın qalibi oldu

 

Bu günlərdə Parisdə "Paris səması" adlı  beynəlxalq mahnı festivalı keçirilib. Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və digər ölkələrdən müxtəlif yaş qruplarında 300-dən artıq ifaçının iştirak etdiyi musiqi yarışmasında ölkəmizi  Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımov təmsil edib.

Festivalda rəqs, teatr, estrada və akademik vokal, musiqi alətlərində ifa nominasiyaları üzrə qaliblər müəyyənləşib. 14 yaşlı vokalçımız İslam Qasımov "Akademik vokal" nominasiyası üzrə I yerə layiq görülüb. Müsabiqədə İslam Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin "Bakı haqqında mahnı" və italyan bəstəkarı E.Kurtisin "Sorentaya qayıt" əsərlərini ifa edib. Azərbaycanlı vokalçı İslam Qasımovun çıxışı münsiflər heyəti tərəfindən bəyənilərək alqışlarla qarşılanıb və o, beynəlxalq mahnı festivalının qalibi olub. Müsabiqədə gənc vokalçının müəllimi Məryəm Babayevanın da əməyi yüksək qiymətləndirilib. 

Samirə  KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov