Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Veteran müəllimlərin çağırışçı gənclərlə növbəti görüşü

 

Sumqayıtda veteran müəllimlərin çağırışçı gənclərlə görüşü artıq ənənə halını alıb. Yay çağırışı ilə əlaqədar təşkil olunan budəfəki görüş də yaddaqalan olub. Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi rəisi vəzifəsinin icraçısı, Qarabağ müharibəsi veteranı polkovnik-leytenant Allahverdi Qasımov, hərbi prokurorun müavini Elçin Hacıyev, Cümə məscidinin axundu Hacı Rauf, şəhər təhsil işçiləri veteranlar şurasının sədri Məşdi Zeynalov, müharibə veteranı Mirməmməd Əliyev Vətənə məhəbbət, ana torpağa bağlılıq, yağı düşmənə nifrət ruhlu çıxışlar ediblər.

Görüşdə 3, 5, 13, 14,17 23, 29 nömrəli tam orta məktəblərin müəllimləri M.Muradov, H.Mahmudov, A.Yusifov, T.Rufullayev, Z.Məmmədov, M.İsgəndərov, Ş.İsmayılov, S.Əliyev və başqaları öz çıxışlarında Azərbaycanın qəhrəman oğullarının döyüş yollarından böyük qürur hissi ilə söz açıb, əsgəri xidmətə yola düşən gənclərə  ən ülvi arzularını bildiriblər.

Bu maraqlı görüş konsert proqramı ilə sona yetib. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov