Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar yay-sağlamlıq düşərgəsində istirahət ediblər

 

"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi 2006-cı ildən etibarən hər il Qusar rayonunun dilbər guşələrindən olan Yasab kəndində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay-sağlamlıq düşərgəsi təşkil edir. İctimai Birliyin sədri Namiq Nəcəfovun verdiyi məlumata görə, bu il də Yasab kəndində açılmış yay-sağlamlıq düşərgəsində 50 nəfər 5-16 yaşlı xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaq və şəhid ailələrinin övladları dincəlib.

İyulun 1-dən 20-dək davam edən düşərgə həyatı dövründə uşaqlar istirahət etməklə yanaşı "Oriqami" İctimai Birliyinin fiziki və əqli cəhətdən qüsurlu uşaqlarla həyata keçirdiyi bərpa-inkişaf tədbirləri ilə də əhatə olunublar. 50 uşağın düşərgədə yay istirahətinin səmərəli təşkili, rasional və yüksək kalorili qidalarla təmin olunması, əyləncəsi, asudə vaxtlarını maraqlı və məzmunlu keçirmələri, uşaqların fərdi və komandalı oyunlara cəlb edilməsi, onlarla yarışların təşkili İctimai Birlikdə tərtib edilmiş pedaqoji yönümlü proqram əsasında həyata keçirilib.

Uşaqlar düşərgədə olduqları müddətdə bir neçə dəfə ərazidəki meşə massivinə, bulaqlara, çay kənarına ekskursiyaya gediblər, təşkilatçı, psixoloq və tərbiyəçilər onlarla ətraf mühit, təbiət haqqında söhbətlər aparıblar.  İyulun 20-də yay-sağlamlıq düşərgəsinin bağlanış mərasimi olub. Mərasimdə çıxış edən uşaqlar düşərgədən zəngin təəssüratla ayrıldıqlarını bilbiriblər. Tədbirdə "Oriqami" İctimai Birliyi tərəfindən uşaqlara hədiyyələr verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların yay istirahəti paytaxtın Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilati, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov