Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Bakı Dövlət Universitetində Carl Zeiss optik mikroskopiya laboratoriyası açılıb

 

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin nəzdində Carl Zeiss optik mikroskopiya  laboratoriyasının açılışı olub. Laboratoriyanın avadanlığı BDU-nun istifadəsinə Carl Zeiss şirkətinin Azərbaycan təmsilçisi olan OPTEC şirkəti tərəfindən verilib. Laboratoriya 10 ədəd Primo Star tədris mikroskopları ilə təchiz edilib, onlardan beşinin komplektinə rəqəmsal kameralar və zəruri proqram təminatı daxildir. Mərasimdə OPTEC B.V. (Hollandiya) şirkətinin menecer direktoru Aleksandr Fon Korff, OPTEC şirkətinin Azərbaycan nümayəndəliyinin direktotu Nataliya Həmzəyeva və digər qonaqlar iştirak edib.

Laboratoriyanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov və OPTEC B.V. şirkətinin menecer direktoru Aleksandr Fon Korff açıblar. Tədris laboratoriyasının açılışından sonra rektor Abel Məhərrəmov və Aleksandr Fon Korff əməkdaşlıq barədə memorandum imzalayıblar. Sənədə əsasən OPTEC və BDU-nun bazasında müntəzəm olaraq elmi-praktiki və təhsil seminarlarının keçirilməsi barədə razılığa gəlinib.

BDU-nun bazasında həmçinin peşə hazırlığı, lazer skaner mikroskopiyası və rəqəmli təsvirin analizi üçün laboratoriyaları olan Carl Zeiss arayış mərkəzinin yaradılması planlaşdırılır.

Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz  gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təmin etməkdir. Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizdir. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov